16 Dekabr 2017, Şənbə - 01:24

Komandaların Macarıstandakı testlərdə iş qrafiki

Komandaların Macarıstandakı testlərdə iş qrafiki

Müəllif: Elçin Zodorov, redaktor

18:12 - 31 İyul, 2017

Sabah Hunqarorinqdə ikinci və sonuncu mövsümiçi testlərə start veriləcək. Komandalar iki gün trasda işləyəcəklər.

F-1.az xatrladır ki, reqlament hər bir komandadan mövsümiçi ümumi 4 test gününün ən azı ikisində gənc sürücülərdən (Formula1-də maksimum 2 yarışa çıxmış) istifadəni tələb edir. Odur ki, bu dəfə biz xeyli gənc sürücü görəcəyik.

Ən çox diqqət Robert Kubitsanın üzərində olacaq. Polşalı sürücü ilk dəfə builki maşının sükanı arxasına keçəcək və onun əldə etdiyi nəticələr komandanın əsas sürücülərinin dünənki yarışdakı nəticələri ilə müqayisə olunacaq.

Force İndia heç bir əsas sürücüsündən istifadə etməyəcək – testlərin hər iki günündə Nikita Mazepin və Lukas Auer növbəli işləyəcəklər. Qeyd edək ki, bu, Lukasın Formula1 maşını ilə ilk sınağı olacaq.

Proqnozlar test günlərinə yaxşı hava vəd edir, yağıntı gözlənilmir…

Komanda1 avqust2 avqust
Mercedes AMGCorc RasselCorc Rassel
Red BullMaks FerstappenPyer Qasli
FerrariŞarl Leklerelan olunmayıb
Force İndiaNikita Mazepin / Lukas AuerNikita Mazepin / Lukas Auer
WilliamsLəns StrollLuka Gyotto
McLarenStoffel VandornLando Norris
Toro RossoŞon Gelaelelan olunmayıb
HaasSantino FerruççiSantino Ferruççi
RenaultNikolas LatifiRobert Kubitsa
SauberQustav MalyaNobuharu Matsuşita

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 391
Teqlər , ,
Paylaş

logo