23 Fevral 2018, Cümə - 14:21

Komandalar testləri qaytarmaq istəmirlər

Komandalar testləri qaytarmaq istəmirlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:37 - 15 May, 2011

Formula1 komandaları mövsümün gedişində testləri qaytarmağın əleyhinə çıxış ediblər. Türkiyə Qran Prisi günlərində FİA-nın prezidenti Jan Todt belə bir təşəbbüsü […]

Formula1 komandaları mövsümün gedişində testləri qaytarmağın əleyhinə çıxış ediblər. Türkiyə Qran Prisi günlərində FİA-nın prezidenti Jan Todt belə bir təşəbbüsü irəli sürmüşdü, amma çempionatın iştirakçıları bu təklifi bəyənməyiblər, çünki bu qərarın ən birinci və aşkar nəticəsi məsrəflərin artması olacaq.

Jan təklif etmişdi ki, testlərin sayı məhdud olsun və Avropa Qran Prisi ərəfəsində məsələni daha ciddi müzakirə etməyə çağırmışdı, amma çox güman ki, Todtun bu təklifini komandalar dəstəkləməyəcəklər…

Kristian Horner, Red Bull-un başçısı: “Məncə, hazırda biz yaxşı balans tapmışıq. Çox güman ki, cümə sərbəst üyürşlərinin müddətini artırmaq və ya onlara daha çox təkər dəsti ayırmaq olar. Bununla komandalar gənc sürücülərdən sərbəst yürüşlərdə istifadə edə bilərlər.

Testlərin çətinliyi ondadır ki, testlər qayıdan kimi test komandaları təşkil olunmalıdır, bu isə məsrəfləri lap artıracaq.

Məhz testlərin qadağan olunması məsrəflərin ciddi azalmasına səbəb oldu, ona görə də cari vəziyyət, yəni mövsümöncəsi testlər və mövsümün sonunda gənc sürücülərin testlər ən sərfəli variantdır. Maliyyə baxımından bu variant həm də balaca komandalara sərfəlidir.”

Otmar Safnauer, Force İndia-nın əməliyyat direktoru: “Biz bunu istəmirik, axı biz niyə geriləməliyik? Mən hesab edirəm ki, o zaman Maks Mosli testləri qadağan edəndə biz bunun əleyhinə olmaqla səhv mövqe tutmuşduq.

Məsələn, əvvəllər bizim sıralanma turu üçün ayrıca maşınlarımız olurdu – bu maşınlarda xüsusi motorlar olurdu. Bu qədər məsrəf kimə lazımdır? Heç kimə!

İndi motorların resursu da artıb, bu da düzgün addımdır. Eyni şeyi ötürmələr qutusu haqqında da demək olar. Bütün bunlar məsrəfləri azaltmağa imkan verir və .ounu korlamır.

Mövsümün gedişində testlərdən imtina etməklə böyük vəsaitə qənaət etmiş oluruq. İndi bizim heç test komandamız yoxdur. Mövsümün gedişində 19-20 yarış keçiririk, elə bu bizim əməkdaşlarımız üçün böyük yükdür. Təsəvvür edin ki, iki və ya üç test sessiyası onları nə dərəcədə yoracaq, deməli ayrı test komandası təşkil etməliyik, bu isə əlavə vasit tələbe dir. Biz niyə keçmişə qayıtmalıyıq?”

Martin Uitmarş, McLaren-in başçısı: “Düzdür, testləri qaytarmaq istəyənlər də var, amma biz kiçik komandaların mövqeyinə də hörmət etməliyik. Biz məsrəfləri əvvəlki səviyyədə saxlamalıyıq. Böyük komandalar testlərdə kiçik komandalar üzərində üstünlük qazanacaqlar, bu isə idmanın xeyrinə olmayacaq.”

Hələlik isə Todtun bu təklifi yalnız Ferrari-nin prezidenti Luka di Montedzemolo dəstəkləyib, o, CNN-ə bildirib ki, “bizim test keçirmək imkanımız yoxdur, Formula1 yeganə idman növüdür ki, məşq eləmək qadağan oolunub…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 122
Teqlər
Paylaş

logo