11 Dekabr 2017, Bazar ertəsi - 04:26

Komandalar büdcənin məhdudlaşdırılması konsepsiyasını gözləyirlər

Komandalar büdcənin məhdudlaşdırılması konsepsiyasını gözləyirlər

Müəllif: Elçin Zodorov, redaktor

19:06 - 13 Oktyabr, 2017

F-1.az xəbər verir ki, Strateji İşçi Qrupun niyabrın 7-də baş tutacaq iclasında büdcənin məhdudlaşdırılmasının yeni konsepsiyası təqdim olunacaq və bu qərar 2021-ci ildə qüvvəyə minəcək. Deyilənə görə, hər bir komandanın büdcəsi 150 milyon dollardan çox olmayacaq. Haas komandasının rəhbəri Günter Ştayner bu qərarın çox vacib olacağını hesab edir.

Günter Ştayner:Liberty Media-nın büdcənin məhdudlaşdırılması ilə bağlı öz planını təqdim etməsini gözləmək lazımdır. Biz də komandaların işlərinin planlaşdırılması zamanı bunu nəzərə ala bilərik. Düşünmürəm ki, biz məhdudiyyətin hər hansı bir konkret rəqəminə yaxınıq, amma biz inkişaf etməyi planlaşdırırıq və bunu çox aqressiv etməməyə çalışırıq. Bizə dedilər ki, ilin sonuna qədər hər şey müəyyənləşəcək. Ümid edirəm ki, belə olacaq. Liberty Media bizə ətraflı məlumat veməlidir ki, biz də hansı məhdudiyyətlərlə işləyəcəyimizi bilək.

Komandaların xərcləri fərqlənir. Biz də daxil olmaqla, yeddi komandanın büdcəsi liderlərdən çox geri qalır. Hətta əsas üç komanda da başa düşür ki, dəyişiklik lazımdır. İlk vaxtlarda məhdudiyyətlərə tam əməl etmək mümkün olmaya bilər – hər şeyi bir gündə dəyişmək mümkün deyil. Əslində bu məhdudiyyətləri daha tez tətbiq etmək olardı, lakin 2020-ci ilin sonuna qədər bütün komandaların müsbət rəyi olmadan dəyişiklik edilməməsi barədə razılaşma var”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 558
Teqlər , , ,
Paylaş

logo