24 Oktyabr 2017, Çərşənbə axşamı - 06:12

Komandalar ayrılmış təkərə görə cərimə olunacaqlar

Komandalar ayrılmış təkərə görə cərimə olunacaqlar

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:29 - 26 İyul, 2013

Dünən axşam komandaların nümayəndələri Hunqarorinqdə 3 həftə əvvəl Nürburqrinq yarışında baş verən insidentlə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üzrə bir neçə […]

Dünən axşam komandaların nümayəndələri Hunqarorinqdə 3 həftə əvvəl Nürburqrinq yarışında baş verən insidentlə bağlı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üzrə bir neçə məsələni müzakirə ediblər – xatırladaq ki, Almaniyada pit-stopdan sonra Mark Uebberin maşınından ayrılan təkər FOM-un operatoruna ciddi xəsarətlər yetirmişdi.

Pit-stopun minimal vaxtının məhdudlaşdırılması təklifini komandalar dəstəkləməyiblər, amma cərimə sanksiyasını bəyəniblər – həftəsonunun hər hansı bir sessiyasında maşından ayrılmış təkərə görə sürücü bazar günü yarışın startında 10 yer itirməklə cəzalanacaq. Sürücülərin pit-stop zamanı rəqibə mane olması, trasa təhlükəli çıxması da əvvəlkindən daha ciddi cəzalandırılacaq.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 184
Teqlər , ,
Paylaş

logo