16 Noyabr 2018, Cümə - 07:35

Komanda rəhbərlərinin Liberty Media ilə görüşü nəticə verməyib

Komanda rəhbərlərinin Liberty Media ilə görüşü nəticə verməyib

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:07 - 01 Noyabr, 2018

Yaponiya Qran Prisi günlərində komanda başçıları Formula1-in icraçı direktoru Çeyz Keri ilə görüşmüşdülər – görüşdə 2021-ci ilin reqlamenti müzakirə olunmuşdu. İki həftə sonra Ostində komanda başçıları özləri Kerisiz toplaşmışdılar. Keçən həftə Meksikada isə iki belə görüş baş tutub – biri Çeyz Keri ilə, digəri isə Kerisiz.

F-1.az hər iki görüşdə iştirak etmiş və naməlum qalmaq istəyən komanda başçılarından birinə istinadən bildirir ki, hər iki görüş yarım saat çəkib və heç bir nəticə verməyib…

Komanda başçısı bildirib ki, “Keri ilk görüşdə 10 dəqiqə Mayami yarışından imtinanın səbəbləri barədə danışıb, daha sonrakı 10 dəqiqə isə Hanoy yarışına həsr olunub. Deyilib ki, 2020-ci ildə Vyetnam təqvimə əlavə olunacaq, bundan sonra Las Veqas yarışı üzərinə işləməyə başlayacaqlar.

Daha sonrakı 10 dəqiqə ərzində Şon Bratçes Codemasters şirkətinin hazırladığı yeni simulyatorda bizə F1 oynamağı öyrətməyə çalışdı. Yarım saat ərzində nə 2021-ci ilin qaydaları, nə büdcənin məhdudlaşdırılması, nə də gəlirlərin bölüşdürülməsi barədə bir söz belə deyilmədi”.

Komanda başçısı ikinci görüş barədə daha qısa danışıb: “Biz görüşə 10 müxtəlif təkliflə gəlmişdik, yarım saatdan sonra isə 10 müxtəlif fikirlə bokslara dağıldıq…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 248
Teqlər
Paylaş

logo