Kolleqaları R.Kubitsanın tezliklə sağalmasına ümid edirlər

Sürücülər ümid edirlər ki, Robert Kubitsa bu gün səhər ralli yarışında yaşadığı ağır qəzadan tezliklə sağalacaq… Rubens Barrikello: “Mən Robertə […]

Sürücülər ümid edirlər ki, Robert Kubitsa bu gün səhər ralli yarışında yaşadığı ağır qəzadan tezliklə sağalacaq…

Rubens Barrikello: “Mən Robertə can sağlığı arzu edirəm, biz hamımız onu sevirik, o buna layiqdir.”

Sebastyen Buemi: “İndi biz hamımız Robertə bağlıyıq. Mən səninləyəm.”

Niko Hülkenberq: “Robert, tez sağal! Mən buna ümid edirəm.”

Fayruz Fauzi: “Mənim fikrim Robertin yanındadır. Onu tezliklə sağalmasını arzu edirəm.”

Timo Qlok: “Mən Robert barədə düşünürəm, tezliklə sağalmasını düşünürəm və onu tezliklə trasda görməyə ümid edirəm, o mənim dostumdur.”

Robert Durnbos: “Bu qəzadan sonra Robertə ancaq can sağlığı arzu edirəm.”

Censon Batton: “Robertin qəzası barədə xəbər məni sarsıdıb. Ona tezliklə sağalmasını arzu edirəm.”

Heykki Kovalaynen: “Bu gün bütün fikirlərin Kubitsanın yanındadır. Robert əla oğlandır, mən ümid edirəm ki, bütün əməliyyatlar uğurla keçəcək və o tezliklə sağalacaq.”

Nik Haydfeld: “Əziz Robert, bu dəhşətli xəbərlərdən sonra mənim fikirlərim sənin yanındadır. Tezliklə sağal.”

Xuan Pablo Mantoyya: “Mən Robert üçün dua edirəm, ümid edirəm ki, hər şey yaxşı qurtaracaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*