K.Kolles: “Hər iki maşının finişinə biz şad olarıq”

Hispania komandası çətin vəziyyətdədir: müxtəlif səbəblər üzündən komanda yeni F111 maşınını mövsümöncəsi testlərdə yoxlaya bilməyib. Bu isə o deməkdir ki, […]

Hispania komandası çətin vəziyyətdədir: müxtəlif səbəblər üzündən komanda yeni F111 maşınını mövsümöncəsi testlərdə yoxlaya bilməyib. Bu isə o deməkdir ki, maşın üzərində yoxlama və sınaq işləri Avstraliya Qran Prisi uik-endi zamanı aparılacaq…

Kolin Kolles: “Albert Park mənim sevimli trasımdır. Cümə günü biz birinci dəfə yeni maşını trasa çıxaracyıq və ümid edirəm ki, sürprzi çox olmayacaq. Biz əminki ki, bu il bizim maşınımız keçənilkinə nisbətən yaxşı, sürətli və etibarlı olacaq. Sözsüz ki, biz iraəliyə doğru böyük addım atmışıq.

F111 pis görünmür, amma biz cümə günü səhərə qədər gözləməliyik – Melburnda maşın ilk dəfə trasa çıxacaq. Məncə, Albert Park yeni maşının debütü üçün əla yerdir, çünki çox çətin tras deyil. Düşünürəm ki, F111-in nəyə qadir olmasını aydınlaşdırmazdan əvvəl biz onun etibarlılığı üzərində işləməliyik. Ona görə də, əgər hər iki maşın finişə çatarsa, komanda şad olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*