K.Kolles əmindir ki, Campos çempionatın startına çıxacaq

Kolin Kolles əmindir ki, Campos Meta komandası bütün problemlərə baxmayaraq, Bəhreyn Qran Prisinin startına çıxa biləcək. Komandanın səhmləri biznesmen Xose […]

Kolin Kolles əmindir ki, Campos Meta komandası bütün problemlərə baxmayaraq, Bəhreyn Qran Prisinin startına çıxa biləcək. Komandanın səhmləri biznesmen Xose Ramon Karabantenin əlinə keçən kimi Kolles komandaya yeni başçı təyin olunub və indi onun Campos-u mövsümün əvvəlinə hazırlaması üçün cəmi iki həftə vaxtı var…

Kolin Kolles: “Vəziyyət çox çətindir, amma biz bunun öhdəsindən gələ bilrik, çünki mən heç vaxt təslim olmuram. Biz maşınlarımızı Bəhreynə gətirəcəyik və onlar trasa çıxacaqlar. Elə bunun özü böyük nailiyyət olacaq.”

B.A.R. və Red Bull Racing komandalarının keçmiş texniki direktoru Ceff Uillis də komandaya mövsümün startına hazırlığında kömək edir – hələlik yalnız məsləhətçi kimi, amma Britaniyanın Autosport saytının bildirdiyinə görə, tezliklə ona daimi iş təklif olunacaq.

Kolles ümid edir ki, gələn həftə komandanın sürücüləri elan olunacaq, hərçənd, Bruno Sennanın komandada qalması sual altındadır – braziliyalı sürücünün sponsorları komandaya ciddi maliyyə köməyi etməlidirlər. Xose Mariya Lopes də Campos-la danışıqlar aparır, mətbuatda isə hindistanlı Karun Çandhokun adı hallanmağa başlayıb – hər iki sürücünün maliyyə dəstəyi var, komanda üçün bu böyük əhəmiyyət kəsb edir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*