K.Kobayaşi dözümlülük yarışlarında Ferrari-nin şərəfini qoruyacaq

Formula1-də müqaviləsiz qalan Kamui Kobayaşi karyerasını dözümlülük yarışlarında davam etdirmək qərarına gəlib – Ferrari komandasının mətbuat xidməti xəbər verib ki, […]

Formula1-də müqaviləsiz qalan Kamui Kobayaşi karyerasını dözümlülük yarışlarında davam etdirmək qərarına gəlib – Ferrari komandasının mətbuat xidməti xəbər verib ki, yaponiyalı sürücü ilə müqavilə imzalanıb. Kamui üçün ilk yarış “Silverstounun 6 saatı” olacaq.

Kamui Kobayaşi: “Mən yeni çağırış barədə elan etməyə şadam. Ferrari-nin böyük ailəsinin bir hissəsi olmaq mənim üçün böyük şərəfdir, mən dözümlülük yarışlarında birinci dəfə çıxış edəcəm, ilk yarışımı səbirsizliklə gözləyirəm və ümid edirəm ki, komanda yoldaşımla birlikdə titul uğrunda mübarizə apara biləcəm.

Karyeramın yeni mərhələsində maksimum çalışacam və bilirəm ki, azarkeşlərimin dəstəyinə arxalana bilərəm. Mən Ferrari-yə mənə göstərdikləri etibara görə minnətdarlıq edirəm və bu mövsümü bütün Yaponiya əhlinə həsr edirəm.”

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*