K.Horner RB8-in leqallığına əmindir

Mövsümöncəsi testlərdə bəzi komandaların nümayəndələri Red Bull-un yenilənmiş maşınının reqlamentə uyğunluğuna şübhə ilə yanaşıblar və maşının FİA-nın yarışqabağı təftişindən keçə […]

Mövsümöncəsi testlərdə bəzi komandaların nümayəndələri Red Bull-un yenilənmiş maşınının reqlamentə uyğunluğuna şübhə ilə yanaşıblar və maşının FİA-nın yarışqabağı təftişindən keçə bilməsinə tərəddüd ediblər. Amma komandanın başçısı Kristian Horner yeni maşının leqallığına tam əmindir.

Reqlament maşınların baza təftişini komandalara həvalə edir, FİA yalnız zəruri məhdudiyyətlərə əməl olunmasına nəzarət edir, əks halda komandalardan şikayətlər daxil ola bilər, hətta komanda yarışın protokolundan xaric oluna bilər. RB8 bütün daxili testləri keçib və Horner hesab edir ki, peyda olan şayiələr sadəcə komandanın uğurunun qaçılmaz nəticəsidir…

Kristian Horner: “Əgər bu dedi-qodular olmasaydı, mən məyus olardım. Biz əminik ki, yeni maşın reqlamentə tam uyğundur və Melburnda istənilən təftişi keçəcək – narahatlığa səbəb yoxdur. İstənilən halda, qərarı FİA qəbul edir, rəqiblərimizin əlində yalnız maşınımızın şəkli var, amma federasiyanın texniki xidmətləri bütün zəruri məlumatlara malikdirlər.

Formula1-in təbiəti belədir ki, komandalar bütün diqqətlərini üstünlük qazanmaq mümkün olan sahələrə yönəldirlər. Qazburaxma sistemi sahəsində hələ çox şey öyrənilməyib, reqlament dəyişib, ona görə də məhz bu istiqamət xüsusi maraq doğurur. Bütün komandalar işlənmiş qazların enerjisindən istifadə etməyə çalışırlar, amma hər şey Çarli Uaytinqin çərçivəsində olmalıdır.

Biz həqiqətən bəzi elementləri gec tətbiq etmişik, amma bu zaman yeniliklərin trasda yoxlanması da vacibdir. Həmişə yeniliyin hazırlanması və tətbiqi arasında balans vacibdir, məncə, biz buna nail olmuşuq. Təəssüf ki, testlərin son günü ötürmələr qutusundakı problemlər üzündən böyük məsafə qət edə bilmədik, amma bir gün əvvəl Markla böyük məsafə qət etmişdik və razıyıq ki, hər şey qaydasındadır. İndi biz hamımız səbirsizliklə Avstraliyanı gözləyirik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*