K.Horner: “Mercedes motorları çox yaxşdırlar!”

FİA-nın iyunun 24-də Avtoİdman üzrə Ümumdünya Şurasının iclasının yekunlarına dair yaydığı mətbuat relizindən bəlli olur ki, heç də bütün komandalar […]

FİA-nın iyunun 24-də Avtoİdman üzrə Ümumdünya Şurasının iclasının yekunlarına dair yaydığı mətbuat relizindən bəlli olur ki, heç də bütün komandalar gələ il üçün motor təchizatçılarını müəyyənləşdirməyiblər. Gələn il dünya çempionatının iştirakçıları siyahısında Brawn GP, Red Bull Racing və Toro Rosso komandalarının adlarının qarşısında mötərizədə “Motor sonra elan olunacaq” yazılıb.

Red Bull komandasının son uğurlarını və Sebastyan Fettelə bəslənən ümidləri nəzərə almaqla, alman mətbuatında komandanın Mercedes-Benz şirkəti ilə bu barədə danışıqların aparılması barədə şayiələrin yayılması təəccüb doğurmur. Hərçənd, Red Bull Racing komandasının başçısı Kristian Horner bu mövzuda açıq danışır. Almaniyanın Auto Bild müsahibəsində o qeyd edib: “Mercedes motorları çox yaxşdırlar! Ona görə biz qərar qəbul etməyə tələsmirik, Brawn GP komandası sübut etdi ki, motoru ilin sonunda da dəyişmək olar.”

Mercedes Motorsport-un başçısı Norbert Hauq Mercedes-Benz High Performance Engines-ın istehsalı olan motorlara digər komandaların marağına belə münasibət bildirib: “Təsdiq edə bilərəm ki, mən ümumilikdə deyirəm, təkcə Red Bull-u nəzərdə tutmuram, Formula1-də hər bir meencer öz komandası üçün ən yaxşı variant tapmağa çalışır. Amma danışıqların müqavilə ilə nəticələnəcəyi artıq başqa məsələdir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*