K.Horner: “İkili diffuzorla biz daha sürətli olacayıq”

Red Bull Racing komandasının başçısı Kristian Horner rəqiblərini xəbərdar edib ki, Şanxay poulu hələ başlanğıcdır. Ədrian Nyui ikili diffuor üzərində […]

Red Bull Racing komandasının başçısı Kristian Horner rəqiblərini xəbərdar edib ki, Şanxay poulu hələ başlanğıcdır. Ədrian Nyui ikili diffuor üzərində işləyir və yaxın yarışlarda maşın daha sürətli olacaq…

Kristian Horner: “Qış testlərindən və ilk yarışlardan sonra biz bilirik ki, bizim əla maşınımız var, amma onun potensialını hələ tam açmamışıq. Nyui həmişə reqlamentə yaradıcı yanaşdığından fantastik maşınlar qurub. Əgər çempionatda ikili diffuzoru olan maşınları çıxsaq biz ən güclü olarıq və belə bir elementi biz də maşınımıza qoyduqdan sonra daha sürətli olacayıq. Bu proesesi tezləşdirmək lazımdır.

Məncə, indi ən sürətli maşın Brawn GP komandasındadır, amma Sebastyan Fettel sıralanma turunun ikinci sessiyasında əla nəticə göstərdi. Biz rəqiblərimizə çox yaxınıq, amma onların ikili diffuzorlardan üstünlükləri var. Biz Renault-nun belə bir elemntdən sonra necə üstünlük qazandığını görmüşük. İndi Ədrian və onun komandası belə bir element hazırlayırlar.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*