K.Horner: “Batton həyəcanlanır və indi ona hamıdan çətindir”

Bu gün Londonun The Independent qəzetində mövsümün sonuna iki yarış qalmış çempionatdakı vəziyyətə həsr olunmuş növbəti məqalə dərc olunub. Aydındır […]

Bu gün Londonun The Independent qəzetində mövsümün sonuna iki yarış qalmış çempionatdakı vəziyyətə həsr olunmuş növbəti məqalə dərc olunub. Aydındır ki, Brawn GP və Red Bull komandaalrı titul uğrunda mübarizədə rollarını tez-tez dəyişirlər: bəzi traslar bir komandaya, bəzi traslar isə digər komandaya uyğun gəlir. Amma Suzukada üstünlük “öküzlər”də idi və indi Milton Kinsdən olan komanda ümid edir ki, Sebastyan Fettel iki əvvəl Kiminin 17 xallıq fərqi aradan qaldırmaqla titul qazanmasını təkrar edə bilər.

Komandanın başçısı Kristian Horner hesab edir ki, Fettel rəqiblərinə nisbətən psixoloji baxımdan daha bərkdir…

Kristian Horner: “Bizim iki sürətli sürücümüz var. Sebastyan Fettel və Mark Uebber – əsil idmançılardır. Məncə, onlar psixoloji baxımdan rəqiblərindən üstündürlər. Məncə, Censon çox həyəcanlıdır və indi ona hamıdan çətindir.

Mən Battonu 11 yaşından tanıyıram. Kartinqdə o çox yarışlar qazanmışdı, amma titulların sayı elə də çox deyil. O titulu itirə bilər və o bu barədə düşünməyə bilməz.

Bu səviyyənin bütün sürücüləri çox istedadlıdırlar və indi hər şey psixoloji hazırlqıdan asılı olacaq. Ona görə də əsil döyüşə çatanda mən bizim uşaqlara üstünlük verərdim. Hər ikisi bərkdir və hər ikisi bu il gözəl yarışlar keçiriblər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*