Williams komandasının bir bölümü olan və hibrid elementlərin hazırlanması ilə məşğul olan Williams Hybrid Power şirkəti Yarış Sənayesi Assosiasiyasının (MİA) texnologiya və innovasiyaya görə mükafatını alıb. Mükafat WHP-nin mütəxəssislərinin hazırladıqları nazimçarxlı KERS-ə görə verilib, əvvəl Formula1 üçün nəzərdə tutulsa da, bu qurğu sonradan Porsche 911 GT3R Hybrid idman maşınına uğurla tətbiq edilib.
Yan Foli, WHP-nin idarəedici direktor: “Texnologiya və innovasiyaya görə mükafat almaq bizim üçün böyük şərəfdir. Bu mükafat Williams Hybrid Power üçün gərgin əməyin nəticəsidir…”