K.Danner: “Ya Mercedes AMG-ni, ya da FİA rəhbərliyini cəzalandıracaqlar”

Qarşıdakı cümə axşamı Parisdə FİA-nın Beynəlxalq Tribunalının iclası keçiriləcək, iclasda Pirelli şirkətinin və Mercedes AMG komandasının Barselonada keçirdikləri gizli və […]

Qarşıdakı cümə axşamı Parisdə FİA-nın Beynəlxalq Tribunalının iclası keçiriləcək, iclasda Pirelli şirkətinin və Mercedes AMG komandasının Barselonada keçirdikləri gizli və şəxsi testləri müzakirə olunacaq. Bild am Sonntag qəzetinə müsahibəsində RTL telekanalının eksperti, keçmiş Formula1 sürücüsü Ksristian Danner bildirib ki, tribunal cəzasız ötüşməyəcək.

Dannerin fikrincə, ya Mercedes AMG komandasını, ya da FİA-nı cəzalandıracaqlar: əgər Ross Braunun əlində 2013-cü ilin maşınından testlərdə istifadə etməyə icazə verən elektron məktub olarsa, Çarli Uaytinq vəzifəsini itirə bilər, əks halda, Rossun özü yarışlardan gedə bilər…

Kristian Danner: “Əlbəttə, Mercedes AMG-yə çox ciddi cəzalar gələ bilər, axı əgər idman qaydaları işləmirsə, onda Formula1 kimi idman növü yaşaya bilməz. Tribunal kimin səhv buraxdığını araşdırmalıdır: ya komanda rəhbərliyini, ya da federasiya rəhbərliyini cəzalandıracaqlar…”

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*