K.Danner: “Bəlkə də Şumaher Monsada qayıdacaq…”

Mixael Şumaherin Formula1-ə qayıtmaq planlarından əl çəkməsinə baxmayaraq, bəzi ekspertlər hesab edirlər ki, bu tarixi hadisənin hələ davamı ola bilər. […]

Mixael Şumaherin Formula1-ə qayıtmaq planlarından əl çəkməsinə baxmayaraq, bəzi ekspertlər hesab edirlər ki, bu tarixi hadisənin hələ davamı ola bilər. Almaniyanın Bild qəzeti Mixaelin qışda İspaniyanın Kartaxen trasında motosiklet testlərində uğradığı qəzanın bəzi təfərrüatlarını dərc edib. Qəzetin verdiyi məlumata görə, fevralın 11-də Şumaher kəllənin, boyun fəqərələrinin və başın arxa hissəsini qanla təmin edən arteriyanın zədələnməsi ilə nəticələnən qəzaya uğrayıb. Faktiki olaraq bu zədələr həyat üçün çox təhlükəlidir, ona görə də həkimlərin müasir Formula1-də olan yüksək yüklənmələri yeddiqat dünya çempionuna qadağan etməsinə təəccüblənmək lazım deyil…

Amma keçmiş sürücü, hazırda Almaniyanın RTL telekanalının şərhçisi Kristian Danner hesab edir ki, tam sağaldıqdan sonra Mixael onsuz da trasa qayıtmaq istəyəcək…

Kristian Danner: “Bəlkə də o Monsada sükan arxasına oturacaq.”

Digər keçmiş alman sürücü Hans Yoahim Ştuk da hesab edir ki, Mixael hələ fikrini dəyişə bilər…

Hans Yoahim Ştuk: “Mən Şumaherin qayıtmasını istisna etmirəm. Bu gələn il baş verə bilər, əlbəttə aldığı zədələri tam sağaltdıqdan sonra.”

Jordan komandasının keçmiş sahibi Əddi Cordan isə öz versiyasını irəli sürüb…

Əddi Cordan: “Allaha şükür, Massa çox sürətlə sağalır. Əgər o Monsada sükan arxasına qayıtsa, təəccüblənməyin.”

Xatırladaq ki, İtaliya Qran Prisi sentyabrın 13-də keçiriləcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*