20 Noyabr 2017, Bazar ertəsi - 11:29

Kataloniya Qran Prisi: Markesdən rəqiblərinə sarsıdıcı zərbə!

Kataloniya Qran Prisi: Markesdən rəqiblərinə sarsıdıcı zərbə!

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

18:19 - 04 İyun, 2016

Kataloniya Qran Prisinin sıralanma turu yerli sürücülərin zəfəri ilə başa çatıb – ispaniyalı sürücülər ilk dörd yeri zəbt ediblər. Öz azarkeşlərinin gözləri önündə poulu ikiqat dünya çempionu Mark Markes qazanıb.

F-1.az xəbər verir ki, Mark Barselonada dominantlıq edib. Honda-nın sürücüsü 104 saniyədən sürətli olan yeganə sürücü kimi günü başa vurub. Protokollarda Mark ən yaxın izləyicisini yarım saniyə qabaqlayıb.

Maraqlıdır ki, Markes əsas üstünlüyünü dövrənin ilk yarısında əldə edib, ona görə də onun üstünlüyü Moto2 sinfində Luis Salomun vəfatından sonra trasın konfiqurasiyasının dəyişməsi ilə əlaqədar deyil.

Sonuncu dünya çempionu və cari mövsümün lideri Yamaha sürücüsü Xorxe Lorenso ikinci nəticə göstərib. Sabahkı yarışın startında ilk cərgəni Markesin Honda-da komanda yoldaşı Dani Pedrosa tamamlayacaq.

Yerli sürücülərin doğma trasda uğurunu Avintia komandasının sürücüsü Hektor Barbera tamamlayıb. İkinci cərgəni onunla Yamaha-nın sürücüsü Valentino Rossi və Suzuki-dən Maverik Vinyales bölüşəcəklər.

Sabah yarış Bakı vaxtılə 16:00-da başlayacaq….

YerSürücüKomandaMotosikletZaman
1 Mark MarkesRepsol Honda TeamHonda RC213V1:43.589
2 Xorxe LorensoYamaha Factory RacingYamaha YZR-M11:44.056
3 Dani PedrosaRepsol Honda TeamHonda RC213V1:44.307
4 Hektor BarberaAvintia RacingDucati Desmosedici GP141:44.322
5 Valentino RossiYamaha Factory RacingYamaha YZR-M11:44.324
6 Maverik VinyalesTeam Suzuki MotoGPSuzuki GSX-RR1:44.329
7 Kel KratçlouTeam LCRHonda RC213V1:44.366
8 Andrea YannoneDucati TeamDucati Desmosedici GP161:44.458
9 Danilo PetruççiPramac RacingDucati Desmosedici GP151:44.911
10 Andrea DovitsiozoDucati TeamDucati Desmosedici GP161:45.029
11 Skott ReddinqPramac RacingDucati Desmosedici GP151:45.030
12 Pol EsparqaroMonster Yamaha Tech 3Yamaha YZR-M11:45.218
13 Aleş EsparqaroTeam Suzuki MotoGPSuzuki GSX-RR1:44.914
14 Brədli SmitMonster Yamaha Tech 3Yamaha YZR-M11:45.197
15 Mikele PirroAvintia RacingDucati Desmosedici GP141:45.538
16 Yonni HernandesAspar Racing TeamDucati Desmosedici GP141:45.690
17 Yucin LavertiAspar Racing TeamDucati Desmosedici GP141:45.885
18 Ştefan BradlAprilia Racing TeamAprilia RS-GP1:45.892
19 Cek MillerMarc VDS Racing TeamHonda RC213V1:45.942
20 Tito RabatMarc VDS Racing TeamHonda RC213V1:46.205
21 Alvaro BautistaAprilia Racing TeamAprilia RS-GP1:46.463

Son Xəbərlər

İnformasiya

Bölüm MotoGP
Mənbə
Baxış Sayı 428
Teqlər , , ,
Paylaş

logo