Kanada Qran Prisi təsdiq olunub

Biz xəbər vermişdik ki, sentyabr ayında açıqlanan ilkin təqvimdə Kanada Qran Prisinin adı olsa da, təsdiqlənməmişdi.

F-1.az xəbər verir ki, yarışın keçirilməsi üçün irəli sürülən bütün tələblər yerinə yetirilib və təşkilatçılar gələn mövsüm təqvimdə olacaqlarını təsdiqləyiblər. İyunun 11-i baş tutması gözlənilən yarışın biletləri noyabrın 24-dən etibarən satışda olacaq.

Fransua Dümontye: “Monrealda – Jil Vilnöv adına trasda mövsümün ən maraqlı yarışlarından biri keçirilir. Azarkeşlərin gələn il yarışa gəlməsi üçün bəhanələri də var – bizim istedadlı həmyerlimiz Ləns Strollu öz trasımızda izləyə biləcəyik. Azarkeşlərimizə maraqlı yarışa baxmağı təklif etdiyimiz üçün məmnunuq”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*