24 Oktyabr 2017, Çərşənbə axşamı - 04:31

Kanada Qran Prisi: Pirelli – Medium və SuperSoft

Kanada Qran Prisi: Pirelli – Medium və SuperSoft

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

17:46 - 05 İyun, 2013

Monrealda Pirelli şirkəti komandalara Medium və SuperSoft sliklərini təqdim edəcək, cümə sərbəst yürüşlərində isə çempionat iştirakçıları polad deyil, kevlar əsaslı […]

Monrealda Pirelli şirkəti komandalara Medium və SuperSoft sliklərini təqdim edəcək, cümə sərbəst yürüşlərində isə çempionat iştirakçıları polad deyil, kevlar əsaslı yeni Medium təkərlərini yoxlaya biləcəklər – hər bir sürücüyə verilən iki dəst yeni təkərlərdən artıq Silverstoun yarışında istifadə olunması planlaşdırılır.

Pol Hembri, Pirelli Motosport: “Kanada yarışı mövsümün ən müəmmalı yarışıdır, buna səbəb isə sürətlənmə-təcil və sərt əylənmə zamanı təkərlərə düşən ciddi yüklənmələrdir. Uik-endin gedişində asfaltın vəziyyəti yaxşılaşacaq, təkərlərlə effektiv iş isə həmişə Monrealda uğurun açarı olub. Biz yarış zaman 2 və ya 3 pit-stop gözləyirik, amma daha dəqiq proqnozu cümə sərbəst yürüşlərindən sonra söyləyə biləcəyik.

Kanada Qran Prisinin daha bir həlledici faktoru hava şəraitidir. 2011-ci ildə Pirelli üçün ilk Kanada yarışı leysan yağış üzündən Formula1 tarixində ən uzunmüddətli yarışa çevrilmişdi. Keçən il yarış quru asfaltda keçdi, amma başqa rekord qeydə alınmışdı – yeddinci yarışda biz yeddinci qalibi görmüşdük.

Təkərlərin yüksək yeyilməsi və dağılması üzündən biz müxtəlif strategiyalar görəcəyik. Keçən il olduğu kimi komandalar qısa dövrələr seriyası ilə təkərlərlə səliqəli iş arasında seçim etməli olacaqlar. 2012-ci ildə qısa dövrələr seriyası qələbə qazandı, amma bu dəfə komandalar toplanmış məlumatları daha diqqətlə təhlil edəcəklər, havanı da nəzərə almaq lazımdır, yalnız bundan sonra düzgün qərar qəbul olunacaq. Adətən aqresiv strategiya Kanadada üstünlük verir, ona görə də komandalar yarışın gedişində də stregiyaya düzəlişlər edə bilərlər.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 166
Teqlər , , , , , , ,
Paylaş

logo