Kanada-2018: Üçüncü sərbəst yürüşlər

Bugünkü məşqlər xeyli sakit keçib. Asfaltın vəziyyəti dünən səhərlə müqayisədə xeyli düzəlib. Maks bu dəfə də hamıdan sürətli olub. Onun nəticəsi trasın mütləq rekorduna (keçənilki poul nəticəsi) cəmi 0.14 saniyə uduzub.

F-1.az bildirir ki, sürücülərin demək olar ki, hamısı ən yumşaq tərkibdən istifadə edib. UltraSoft və SuperSoft tərkiblərdən az istifadə olunub.

Sessiya ərzində ciddi səhvlər olmayıb. Vandorn ilk dəqiqələrdə üçüncü döngədən əvvəl əylənmədə səhvə yol verib və təhlükəsizlik cibinə girməyi üstün tutub. Trasa qayıtması isə bir qədər vaxt alıb. Hartli “çempionlar divarı” ilə sərt təmas yaşamaqdan son anda qurtulub. O, eyni zamanda ilk və son döngələri də kəsib. Qrojan güc qurğusundan şikayətlənsə də, yekunda ilk onluğa düşə bilib.

Yuxarıda qeyd etdiyimiz kimi, bu dəfə də protokollara Maks Ferstappen başçılıq edib – 1:11.599. Növbəti yerləri tutan Fettel, Rəykkönen və Həmiltonun nəticələri ona çox yaxındır. Bizi Bakı vaxtı ilə saat 22:00-da olduqca maraqlı sıralanma turu gözləyir.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 33 Maks Ferstappen Red Bull 1:11.599 14
2 5 Sebastyan Fettel Ferrari 1:11.648 + 0:00.049 22
3 7 Kimi Rəykkönen Ferrari 1:11.650 + 0:00.051 21
4 44 Lyuis Həmilton Mercedes AMG 1:11.706 + 0:00.107 23
5 3 Daniel Rikkardo Red Bull 1:12.153 + 0:00.554 29
6 77 Valtteri Bottas Mercedes AMG 1:12.255 + 0:00.656 27
7 11 Serxio Peres Force İndia 1:12.903 + 0:01.304 16
8 27 Niko Hülkenberq Renault 1:12.946 + 0:01.347 21
9 8 Roman Qrojan Haas 1:13.014 + 0:01.415 16
10 2 Stoffel Vandorn McLaren 1:13.034 + 0:01.435 21
11 31 Esteban Okon Force İndia 1:13.064 + 0:01.465 18
12 27 Brendon Hartli Toro Rosso 1:13.076 + 0:01.477 24
13 14 Fernando Alonso McLaren 1:13.225 + 0:01.626 19
14 55 Karlos Sayns Renault 1:13.331 + 0:01.732 22
15 10 Pyer Qasli Toro Rosso 1:13.334 + 0:01.735 19
16 16 Şarl Lekler Sauber 1:13.452 + 0:01.853 19
17 20 Kevin Maqnussen Haas 1:13.488 + 0:01.889 21
18 35 Sergey Sirotkin Williams 1:13.818 + 0:02.219 18
19 9 Markus Eriksson Sauber 1:13.925 + 0:02.326 20
20 18 Ləns Stroll Williams 1:13.968 + 0:02.369 17

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*