21 Avqust 2018, Çərşənbə axşamı - 06:45

Kanada-2018: Birinci sərbəst yürüşlər

Kanada-2018: Birinci sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

19:37 - 08 İyun, 2018

Cümə günü ilk məşqlərdə yalnız Force İndia ehtiyat sürücünün köməyindən istifadə edib – Serxio Peresin maşınının sükanı arxasına Nikolas Latifi keçib. Asfalt çirkli olsa da, hər dövrədən sonra vəziyyət yaxşılaşıb.

F-1.az xəbər verir ki, Niko Hülkenberq sessiyanın 27-ci dəqiqəsində sürət qutusundakı problem üzündən dayanmalı olub. Əvvəlcə Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib. Lakin Niko maşını 11-ci döngənin çıxışında təhlükəli yerdə saxladığı üçün sessiya qırmızı bayraqlarla dayandırılıb. Sürücülər bokslara qayıdıblar, təxliyə əməliyyatı başa çatdıqdan sonra sessiya davam etdirilib.

Ləns Stroll “çempionlar divarı” ilə toqquşmaqdan qurtula bilməyib. Maşının sağ arxa təkəri zədələnib. Kanadalı sürücü boksa qayıdıb və sessiya onun üçün başa çatıb. Son dəqiqələrdə Eriksson yerində fırlanıb, Sirotkin isə 6-cı döngədə idarəetməni itirib, lakin hər iki halda maşınlara ciddi zərər dəyməyib.

Protokollara Maks Ferstappen başçılıq edib – 1:13.302. Onun HyperSoft təkərlərlə göstəridiyi bu nəticə trasın mütləq rekordundan hələ çox uzaqdır.

Məşqlər Bakı vaxtı ilə saat 22:00-da davam edəcək.

YerNSürücüKomandaZamanFərqDövrə
133Maks FerstappenRed Bull1:13.30226
244Lyuis HəmiltonMercedes AMG1:13.390+ 0:00.08829
33Daniel RikkardoRed Bull1:13.518+ 0:00.21624
45Sebastyan FettelFerrari1:13.574+ 0:00.27219
577Valtteri BottasMercedes AMG1:13.617+ 0:00.31531
67Kimi RəykkönenFerrari1:13.727+ 0:00.42528
714Fernando AlonsoMcLaren1:13.900+ 0:00.59827
855Karlos SaynsRenault1:14.116+ 0:00.81424
92Stoffel VandornMcLaren1:14.311+ 0:01.00919
1010Pyer QasliToro Rosso1:15.004+ 0:01.70231
1131Esteban OkonForce İndia1:15.071+ 0:01.76929
128Roman QrojanHaas1:15.119+ 0:01.81721
139Markus ErikssonSauber1:15.386+ 0:02.08430
1416Şarl LeklerSauber1:15.439+ 0:02.13730
1520Kevin MaqnussenHaas1:15.579+ 0:02.27721
1628Brendon HartliToro Rosso1:15.756+ 0:02.45438
1735Sergey SirotkinWilliams1:15.768+ 0:02.46630
1818Ləns StrollWilliams1:16.259+ 0:02.95716
1934Nikolas LatifiForce İndia1:17.145+ 0:03.84328
2027Niko HülkenberqRenault3

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 82
Teqlər , , , , , ,
Paylaş

escort bayan maltepe escort kadıköy escort ataşehir escort maltepe escort ataşehir escort istanbul escort bayan istanbul escort
ucuz paykasa paykasa bozdurma
logo