Kanada-2017: Üçüncü sərbəst yürüşlər

Kanadada bu gün səhər trasın vəziyyəti yaxşılaşıb. Asfalt rezin qatı ilə örtülüb və cümə günü ilə müqayisədə asfaltdan kənara çıxmalar, yerində fırlanmalar azalıb.

F-1.az xəbər verir ki, komandalar bu gün təkərlərin səmərəliliyini yoxlamağa və sazlanmalar üzərində işləməyə davam ediblər. Sessiyanın əvvəlində sürücülərin əksəriyyəti Soft və SuperSoft tərkiblərlə trasa çıxıb. Monakoda olduğu kimi, burada da təkərləri qızdırmaq üçün ardıcıl dövrələr vurmaq lazım gəlib.

Növbəti dəqiqələrdə UltraSoft təkərlərə üstünlük verilib. Eriksson, Həmilton, Palmer və Maqnussen trasdan çıxsalar da, maşınlara heç bir zərər dəyməyib. Sessiya insidentsiz ötüşüb.

Ferrari-nin üstünlüyü bu gün daha çox olub – Sebastyan Fettel 1:12.574-lük nəticə ilə protokollara başçılıq edib. Rəykkönen ikinci, Həmilton isə üçüncü olub. Fettelin nəticəsi trasın rekord nəticəsinə (1:12.275 – Ralf Şumaxer, 2004-cü il) xeyli yaxınlaşıb və biz sıralanma turunda yeni rekord görə bilərik.

Bakı vaxtı ilə saat 21:00-dan etibarən bizi poul uğrunda olduqca gərgin mübarizə gözləyir…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 5 Sebastyan Fettel Ferrari 1:12.572 20
2 7 Kimi Rəykkönen Ferrari 1:12.864 + 0:00.292 19
3 44 Lyuis Həmilton Mercedes AMG 1:12.926 + 0:00.354 22
4 33 Maks Ferstappen Red Bull 1:12.965 + 0:00.393 22
5 77 Valtteri Bottas Mercedes AMG 1:13.210 + 0:00.638 24
6 27 Niko Hülkenberq Renault 1:13.493 + 0:00.921 20
7 19 Felipe Massa Williams 1:13.527 + 0:00.955 22
8 3 Daniel Rikkardo Red Bull 1:13.545 + 0:00.973 35
9 31 Esteban Okon Force İndia 1:13.635 + 0:01.063 26
10 55 Karlos Sayns Toro Rosso 1:13.667 + 0:01.095 22
11 26 Daniil Kvyat Toro Rosso 1:13.788 + 0:01.216 23
12 14 Fernando Alonso McLaren 1:13.885 + 0:01.313 18
13 11 Serxio Peres Force İndia 1:13.956 + 0:01.384 27
14 8 Roman Qrojan Haas 1:13.994 + 0:01.422 19
15 30 Colion Palmer Renault 1:14.102 + 0:01.530 22
16 2 Stoffel Vandorn McLaren 1:14.228 + 0:01.656 22
17 20 Kevin Maqnussen Haas 1:14.392 + 0:01.820 18
18 18 Ləns Stroll Williams 1:14.409 + 0:01.837 25
19 9 Markus Eriksson Sauber 1:14.883 + 0:02.311 25
20 94 Paskal Verlyayn Sauber 1:14.965 + 0:02.393 25
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*