22 Noyabr 2017, Çərşənbə - 07:39

Kanada-2017: Tras və statistika

Kanada-2017: Tras və statistika

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

10:15 - 08 İyun, 2017

Formula1 Kanadaya 60-cı illərin ortasında gəlib, ölkənin fransızdilli və ingilisdilli hissələrinin daimi rəqabəti ona gətirib çıxardı ki, milli mərhələni növbə ilə Mon Tremblan və Mosport avtodromları qəbul etdilər, sonra isə Formula1 Mosportda qərarlaşdı, çünki digər tras çox təhlükəli idi.

1977-ci ildə fransız kanadalılar Jil Vilnövün çıxışından ruhlanaraq Kvebekdə yeni tras tikilməsi fikrini səsləndirdilər, amma sıfırdan avtodrom tikmək uzun və baha başa gələn iş olduğundan, 1967-ci ildə EKSPO-67 sərgisi üçün süni yaradılmış İle Notre Dame adasından istifadə etməyi qərara aldılar (bu adadakı bəzi qurğular 1976-cı il Olimpiadasında istifadə olunmuşdu). Şəhər hökuməti 2 milyon dollar tapdı, düz yollar sahəsini bir-biri ilə əlaqəndirdilər və 1978-ci ildə Kanada Qran Prisinə hər şey hazır oldu.

Kanada Qran Prisinin bu trasda ilk qalibi (Formula1-də indiyə kimi cəmi 7 kanadalı sürücü olub) Jil Vilnöv oldu, o, Ferrari 312T3-ün sükanı arxasında 4500 metrlik trasın 70 dövrəsinə 1 saat 57 dəqiqə 49 saniyə vaxt sərf etdi. 1982-ci ildə Zolderdə sıralanma turunda Jil həlak olduqdan sonra bu trasa onun adı verildi.

Mərhələnin tarixi faciə və zəfərlərlə doludur. Burada qalibi əvvəlcədən söyləmək çətindir, adətən podiuma çempionatda qələbə uğrunda yarışan pilotlar çıxmırlar, çempionatın liderlərinin bəxti isə burada az gətirir…

FORMULA 1 GRAND PRIX DU CANADA 2017
TarixTrasDövrənin uzunluğuDövrələrin sayıYarış məsafəsi
9-11 iyun 2017Circuit Gilles Villeneuve4361 m70305.270 km
Rəsmi sayt

 

TRASIN XARAKTERİSTİKASI

Kanada trası əyləclərə, motora və təkərlərə çox tələbkardır, aerodinamikaya isə sakit yanaşır – bu mövsümün birinci yarışıdır ki, komandalar maşını ən az asfalta yatma qüvvəsinə sazlayırlar, bu isə özünü qüvvələr nisbətində göstərə bilər.

Bir problemin həlli digər problemin peyda olması ilə müşayiət olunur – bu mövsüm hələ istifadə olunmamış maşın konfiquarasiyası üçün optimal balans və sazlanmaları tapmaq lazımdır – arxada qalan yarışlarda güclü asfaltayatma qüvvəsi lazım idi, ona görə də sərbəst yürüşlərdə də tras boş qalmır.

Asılqanlar eyni zamanda həm yumşaq olmalıdırlar ki, sürücülər porebriklərə effektiv hücum edə bilsinlər, həm də sərt olmalıdırlar ki, sürücülər şikanalarda hərəkətin istiqamətini dəyişə bilsinlər. Optimal kompromisi tapmaq asan deyil – məşqlərdə axtarış çox vaxt aparır, çünki simulyatorda trası tam canlandırmaq olmur – qışda şaxta zamanı asfaltın xarakteristikası tam dəyişir.

Sürətlənmələrin çoxluğu üzündən arxa təkərlər tez yeyilir, təkərlərin dənlə örtülməsi problemə çevrilir, amma Monrealın əsas problemi əyləclərdir. Soyutma sistemi onları soyutmağı çatdıra bilmir, düzlüklər elə də uzun deyil, bir dövrədə 4 ciddi əylənmə nöqtəsi var – düzlüklər şikanalarla parçalanıb, ona görə də əyləc və ötürmələr qutusu çox yüklənir.

Digər traslarla müqayisədə Monrealda qazanılan poul minimum rol oynayır. Son 20 ildə poul qazanan cəmi 9 sürücü qələbə qazana bilib.

Son 17 ildə baş tutan yarışlardan 12-də Təhlükəsizlik Maşını trasa çıxıb. Yanacaq sərfiyyatı da olduqca yüksəkdir, ona görə də sürücülər yanacağa qənaət etmək yolları axtarırlar.

 

2016-cı ilin Kanada Qran Prisində sessiyalarda ən yaxşı nəticələr
SessiyaHavaSürücüKomandaZaman
1-ci sərbəst yürüşlərGünəşli. QuruLyuis HəmiltonMercedes AMG1:14.755
2-ci sərbəst yürüşlərGünəşli. QuruLyuis HəmiltonMercedes AMG1:14.212
3-cü sərbəst yürüşlərGünəşli. QuruSebastyan FettelFerrari1:13.919
Sıralanma turuGünəşli. QuruLyuis HəmiltonMercedes AMG1:12.812
Yarışda sürətli dövrəBuludlu. QuruNiko RosberqMercedes AMG1:15.599

 

Canadian Grand Prix

 

TELEYAYIM

F-1.az xatırladır ki, Azərbaycanda bütün çempionatın yayım hüquq İdman Azərbaycan kanalında olduğu üçün Kanada Qran Prisini İdman Azərbaycan və ya İdman Azərbaycan HD kanallarından izləyə bilərsiniz. Hər bir sessiyanın rəsmi protokolları isə saytımızda operativ yerləşdiriləcək…

Monako Qran Prisinin sessiyaları, Bakı vaxtılə
TarixSessiyaZamanTV
9 iyun1-ci sərbəst yürüşlər18:00
9 iyun2-ci sərbəst yürüşlər22:00
10 iyun3-cü sərbəst yürüşlər18:00
10 iyunSıralanma turu21:0020:50
11 iyunYarış22:0021:30

 

Pirelli, UltraSoft, SuperSoft, Soft

 

HƏFTƏSONU ÜÇÜN SÜRÜCÜLƏRİN TƏKƏR SEÇİMİ

Yumşaq tərkiblər əskik dönüşlük effekti doğururlar, bunu isə arxa təkərləri izafi yükləməklə kompensə etmək olur, ona görə də arxa təkərlər daha tez yeyilir. Sürətlənmə və srt əylənmə zonalarının çoxluğu bu yeyilməni yüksək səviyyəyə qaldırır.

Pirelli şirkəri iki həftə əvvəl Monakoda olduğu kimi, Monreala da Soft, SuperSoft və UltraSoft tərkiblərini gətirib, amma dəst seçimindən də görünür ki, yanaşma tam fərqli olacaq.

SürücüKomandaSoftSuperSoftUltraSoft
Lyuis HəmiltonMercedes AMG148
Valtteri BottasMercedes AMG238
Daniel RikkardoRed Bull157
Maks FerstappenRed Bull157
Sebastyan FettelFerrari139
Kimi RəykkönenFerrari139
Serxio PeresForce İndia238
Esteban OkonForce İndia238
Felipe MassaWilliams247
Ləns StrollWilliams157
Fernando AlonsoMcLaren1210
Stoffel VandornMcLaren2110
Karlos SaynsToro Rosso238
Daniil KvyatToro Rosso238
Roman QrojanHaas157
Kevin MaqnussenHaas247
Niko HülkenberqRenault247
Colion PalmerRenault247
Markus ErikssonSauber337
Paskal VerlyaynSauber247

 

 

STATİSTİKA

Hazırkı pilotların Kanada Qran Prisində nəticələri
PilotQPXallarPoulPodiumQələbə
L.Həmilton9125565
S.Fettel8111341
F.Alonso1468131
K.Rəykkönen136021
V.Bottas4362
F.Massa1334
D.Rikkardo63111
R.Qrojan5191
N.Hülkenberq718
S.Peres6161
M.Ferstappen212
K.Sayns22
K.Maqnussen22
D.Kvyat32
M.Eriksson3
C.Palmer1
P.Verlyayn1
E.Okon
L.Strol
S.Vandorn

 

Kanada Qran Prisinin qalibləri
TarixTrasPoulQələbə
12.06.2016J.Vilnöv ad.L.HəmiltonMercedes AMGL.HəmiltonMercedes AMG
07.06.2015J.Vilnöv ad.L.HəmiltonMercedes AMGL.HəmiltonMercedes AMG
08.06.2014J.Vilnöv ad.N.RosberqMercedes AMGD.RikkardoRed Bull
09.06.2013J.Vilnöv ad.S.FettelRed BullS.FettelRed Bull
10.06.2012J.Vilnöv ad.S.FettelRed BullL.HəmiltonMcLaren
12.06.2011J.Vilnöv ad.S.FettelRed BullC.BattonMcLaren
13.06.2010J.Vilnöv ad.L.HəmiltonMcLarenL.HəmiltonMcLaren
08.06.2008J.Vilnöv ad.L.HəmiltonMcLarenR.KubitsaBMW Sauber
10.06.2007J.Vilnöv ad.L.HəmiltonMcLarenL.HəmiltonMcLaren
25.06.2006J.Vilnöv ad.F.AlonsoRenaultF.AlonsoRenault
12.06.2005J.Vilnöv ad.C.BattonBARK.RəykkönenMcLaren
13.06.2004J.Vilnöv ad.R.ŞumaxerWilliamsM.ŞumaxerFerrari
15.06.2003J.Vilnöv ad.R.ŞumaxerWilliamsM.ŞumaxerFerrari
09.06.2002J.Vilnöv ad.X.MantoyyaWilliamsM.ŞumaxerFerrari
10.06.2001J.Vilnöv ad.M.ŞumaxerFerrariR.ŞumaxerWilliams
18.06.2000J.Vilnöv ad.M.ŞumaxerFerrariM.ŞumaxerFerrari
13.06.1999J.Vilnöv ad.M.ŞumaxerFerrariM.HəkkinenMcLaren
07.06.1998J.Vilnöv ad.D.KulthardMcLarenM.ŞumaxerFerrari
15.06.1997J.Vilnöv ad.M.ŞumaxerFerrariM.ŞumaxerFerrari
16.06.1996J.Vilnöv ad.D.HillWilliamsD.HillWilliams
11.06.1995J.Vilnöv ad.M.ŞumaxerBenettonJ.AleziFerrari
12.06.1994J.Vilnöv ad.M.ŞumaxerBenettonM.ŞumaxerBenetton
13.06.1993J.Vilnöv ad.A.ProstWilliamsA.ProstWilliams
14.06.1992J.Vilnöv ad.A.SennaMcLarenG.BergerMcLaren
02.06.1991J.Vilnöv ad.R.PatrezeWilliamsN.PikeBenetton
10.06.1990J.Vilnöv ad.A.SennaMcLarenA.SennaMcLaren
18.06.1989J.Vilnöv ad.A.ProstMcLarenT.ButsenWilliams
12.06.1988J.Vilnöv ad.A.SennaMcLarenA.SennaMcLaren
15.06.1986J.Vilnöv ad.N.MənsellWilliamsN.MənsellWilliams
16.06.1985J.Vilnöv ad.E.de AncelisLotusM.AlboretoFerrari
17.06.1984J.Vilnöv ad.N.PikeBrabhamN.PikeBrabham
12.06.1983J.Vilnöv ad.R.ArnuFerrariR.ArnuFerrari
13.06.1982J.Vilnöv ad.D.PironiRenaultN.PikeBrabham
27.09.1981J.Vilnöv ad.N.PikeBrabhamJ.LaffitLigier
28.09.1980J.Vilnöv ad.N.PikeBrabhamA.ConsWilliams
30.09.1979J.Vilnöv ad.A.ConsWilliamsA.ConsWilliams
08.10.1978J.Vilnöv ad.J.P.JaryeLotusJ.VilnövFerrari

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 9. 830
Teqlər , ,
Paylaş

logo