Kanada-2017: Pirelli-dən Soft, SuperSoft və UltraSoft

Pirelli şirkəti iki il əvvəl Monakoda olduğu kimi Kanadaya da ən yumşaq təkər üçlüyünü - Soft, SuperSoft və UltraSoft tərkiblərini gətirəcək. Amma komandaların tərkiblərlə işləməsi tam fərqli olacaq.

F-1.az xatırladır ki, Jil Vilnöv adına trasda asfalt örtüyü cod olmasa da, uzun düzlüklər üzündən sürətlənmə və sərt əylənmə zonaları çoxluq təşkil edir, ona görə də təkərlərin yeyilmə səviyyəsi daha yüksək olacaq…

Mario İzola: “Monreal trasının bir çox nadir xüsusiyyətləri var, amma hamar asfalt örtüyü sayəsində bu tras daha çox Soçiyə bənzəyir. Keçən il yarışın qalibi cəmi bir pit-stop etmişdi, amma ikinci olan sürücü iki dəfə boksa getmişdi, özü də ixtiyarında olan bütün tərkiblərdən istifadə etmişdi – bu isə strategiya müxtəlifliyinin bariz nümunəsidir.

Düzgün aerodinamik və mexaniki balansla düzgün sazlanmanı tapmaq Monrealda həmişə çətin olub, bu isə təkərləri effektiv işləməyə məcbur etmək üçün əsas həlledici faktorlardan biridir. Bundan başqa, dəyişkən havanı və Təhlükəsizlik Maşınının tez-tez peyda olmasını nəzərə alsaq, strategiya seçiminin vacibliyi ön plana çıxır”.

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*