19 Sentyabr 2017, Çərşənbə axşamı - 15:44

Kanada-2017: İkinci sərbəst yürüşlər

Kanada-2017: İkinci sərbəst yürüşlər

Müəllif: Elçin Zodorov, redaktor

23:39 - 09 İyun, 2017

İlk sessiyada güc qurğusundakı problemə görə işləyə bilməyən Karlos Sayns bu dəfə trasa ilk çıxan sürücü olub. Mexaniklər səhər cəmi 13 dövrə vura bilən Fernando Alonsonun maşınındakı problemləri yalnız sessiyanın bir saatı geridə qaldıqdan sonra həll edə biliblər.

F-1.az xəbər verir ki, sürücülərin çoxu sessiyanın əvvəlində SuperSoft təkərlərlə trasa çıxıb. Sonra isə UltraSoft-lara keçiblər. Monakoda olduğu kimi, burada da təkərləri qızdırmaq üçün bir neçə dövrə vurmaq lazım gəlib.

Sessiyanın gedişində Qrojanın maşını üç dəfə yerində fırlanıb. Vandorn, Bottas, Fettel, Kvyat və Peres də maşını yerində fırlanan digər sürücülər olublar. Motor problemi ilə qarşılaşan Rikkardo maşını boksa gətirib və cümə günü məşqlərini yekunlaşdırıb.

Sona 20 dəqiqə qalmış Ferstappen də komanda yoldaşı ilə eyni problemi yaşayıb – güc itkisinə görə maşını saxlamalı olub və sessiya qırmızı bayraqlarla dayandırılıb. RB13-ün təxliyəsi üçün bir neçə dəqiqə kifayət edib – marşallar onu təhlükəsizlik zonasına çəkiblər.

Protokllara 1:12.935-lik nəticə ilə Kimi Rəykkönen başçılıq edib. Ən böyük məsafəni isə Esteban Okon qət edib – 46 dövrə.

Məşqlər sabah Bakı vaxtı ilə 18:00-da davam edəcək…

YerNSürücüKomandaZamanFərqDövrə
17Kimi RəykkönenFerrari1:12.93541
244Lyuis HəmiltonMercedes AMG1:13.150+ 0:00.21541
35Sebastyan FettelFerrari1:13.200+ 0:00.26541
477Valtteri BottasMercedes AMG1:13.310+ 0:00.37542
533Maks FerstappenRed Bull1:13.388+ 0:00.45325
619Felipe MassaWilliams1:14.063+ 0:01.12838
714Fernando AlonsoMcLaren1:14.245+ 0:01.31019
831Esteban OkonForce İndia1:14.299+ 0:01.36446
926Daniil KvyatToro Rosso1:14.461+ 0:01.52638
1011Serxio PeresForce İndia1:14.501+ 0:01.56641
118Roman QrojanHaas1:14.566+ 0:01.63133
1227Niko HülkenberqRenault1:14.604+ 0:01.66938
1355Karlos SaynsToro Rosso1:14.621+ 0:01.68643
1420Kevin MaqnussenHaas1:14.676+ 0:01.74135
153Daniel RikkardoRed Bull1:15.072+ 0:02.1378
1630Colion PalmerRenault1:15.127+ 0:02.19240
1718Ləns StrollWilliams1:15.240+ 0:02.30540
189Markus ErikssonSauber1:15.611+ 0:02.67631
192Stoffel VandornMcLaren1:15.624+ 0:02.68920
2094Paskal VerlyaynSauber1:16.308+ 0:03.37331

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 5. 304
Teqlər , , , , , ,
Paylaş

logo