Kanada-2017: Birinci sərbəst yürüşlər

Monrealın mərkəzindəki süni adada salınmış tras mövsüm ərzində az istifadə olunur, elə asfaltayatma qüvvəsinin ən aşağı səviyyəsi də - Kanadada sürücülər yeni maşınları ilk dəfə bu konfiqurasiyada yoxlayıblar.

F-1.az bildirir ki, artıq sessiyanın 4-cü dəqiqəsində sarı bayraqlar yellənib – Karlos Saynsın maşını tüstülənib və 11-ci döngədə dayanıb. Sürücü kokpiti tərk edib və onun üçün sessiya başa çatıb. 18-ci dəqiqədə 6-cı döngədə porebiklərə hücum edən Kimi Rəykkönenin maşını yerində fırlanıb. Lakin finlandiyalı sürücü işini davam etdirib. Oxşar hadisə bir qədər sonra ilk döngədə Sebastyan Fettelin başına gəlib. Hülkenberq də 6-cı döngədə yerində fırlanıb.

Fernando Alonsonun maşınındakı problem gec həll olunduğundan kokpitə sessiyanın sonlarına yaxın əyləşə bilib. Lakin cəmi bir sürətli dövrə vuran Fernando hidravlika probleminə görə dayanmalı olub və maşını olduqca əsəbi halda tərk edib. Protokollara Lyuis Həmilton başçılıq edib – 1:13.809. Fettel ona 0.198 saniyə uduzub.

Məşqlər Bakı vaxtı ilə saat 22:00-da davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1:13.809 36
2 5 Sebastyan Fettel Ferrari 1:14.007 + 0:00.198 28
3 77 Valtteri Bottas Mercedes AMG 1:14.046 + 0:00.237 21
4 7 Kimi Rəykkönen Ferrari 1:14.230 + 0:00.421 28
5 11 Serxio Peres Force İndia 1:14.578 + 0:00.769 34
6 31 Esteban Okon Force İndia 1:14.785 + 0:00.976 35
7 33 Maks Ferstappen Red Bull 1:14.861 + 0:01.052 19
8 19 Felipe Massa Williams 1:15.106 + 0:01.297 31
9 3 Daniel Rikkardo Red Bull 1:15.441 + 0:01.632 23
10 26 Daniil Kvyat Toro Rosso 1:15.658 + 0:01.849 26
11 2 Stoffel Vandorn McLaren 1:15.943 + 0:02.134 29
12 20 Kevin Maqnussen Haas 1:16.233 + 0:02.424 25
13 18 Ləns Stroll Williams 1:16.313 + 0:02.504 36
14 8 Roman Qrojan Haas 1:16.345 + 0:02.536 18
15 27 Niko Hülkenberq Renault 1:16.473 + 0:02.664 27
16 14 Fernando Alonso McLaren 1:16.521 + 0:02.712 13
17 9 Markus Eriksson Sauber 1:16.805 + 0:02.996 24
18 30 Colion Palmer Renault 1:17.004 + 0:03.195 26
19 94 Paskal Verlyayn Sauber 1:17.606 + 0:03.797 28
20 55 Karlos Sayns Toro Rosso 1
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*