10 Dekabr 2018, Bazar ertəsi - 10:41

Kanada-2016: Üçüncü sərbəst yürüşlər

Kanada-2016: Üçüncü sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:22 - 11 İyun, 2016

Bu gün səhər Monrealda yenə hava soyuyub, eyni hava şəraiti sabah yarış zamanı da gözlənilir, ona görə də komandalar ilk dəqiqələrdən təkərlərin temperaturunu effektiv diapazona tez çıxaran sazlanmaların axtarışına başlayıblar. Sessiyanın əvvəlin yağış damcılasa da, trasına vəziyyətinə təsir etmədən dayanıb.

F-1.az xəbər verir ki, sürücülər UltraSoft təkərlərlə dövrələr seriyasında işləyiblər – təkərlər qızdıqdan sonra yeyildikləri üçün effektivliklərini itiriblər. Hamıdan yaxşı bu problemin öhdəsindən Red Bull komandası gəlib – Maks Ferstappen uzun müddət protokollara başçılıq edib. Sonra Ferrari komandası sazlanmalara düzəliş edib və Fettel liderliyi ələ alıb – 1:14.068.

Yenə də damcılamağa başlayan yağış altında Fettel 74 saniyədən sürətli nəticə göstərib – amma sonra tras sürüşkən olub və sessiyanın sonuna 13 dəqiqə qalmış qırmızı bayraqlar dalğalanmağa başlayıb. Maqnussen 7-ci döngənin çıxışında divara çırpılıb – qərara alınıb ki, sessiya davam etdirilməsin. Qəza zamanı Kevin zədələnməsə də tibbi mərkəzə göndərilib, amma tezliklə sürücü komandasının boksuna qayıdıb.

Nəticələr çox sıx alınıb – ilk 11 sürücü bir saniyəyə yerləşib. Bizi maraqlı sıralanma turu gözləyir!

YerNSürücüKomandaZamanFərqDövrə
15Sebastyan FettelFerrari1:13.91921
233Maks FerstappenRed Bull1:14.158+ 0:00.23919
36Niko RosberqMercedes AMG1:14.316+ 0:00.39722
47Kimi RəykkönenFerrari1:14.332+ 0:00.41321
544Lyuis HəmiltonMercedes AMG1:14.334+ 0:00.41519
63Daniel RikkardoRed Bull1:14.487+ 0:00.56822
755Karlos SaynsToro Rosso1:14.655+ 0:00.73621
814Fernando AlonsoMcLaren1:14.801+ 0:00.88219
911Serxio PeresForce İndia1:14.886+ 0:00.96721
1019Felipe MassaWilliams1:14.890+ 0:00.97118
1127Niko HülkenberqForce İndia1:14.918+ 0:00.99920
1277Valtteri BottasWilliams1:14.985+ 0:01.06620
1322Censon BattonMcLaren1:15.023+ 0:01.10417
1426Daniil KvyatToro Rosso1:15.199+ 0:01.28020
1521Esteban QutyerresHaas1:15.444+ 0:01.52516
1630Colion PalmerRenault1:15.656+ 0:01.73719
178Roman QrojanHaas1:15.704+ 0:01.78514
189Markus ErikssonSauber1:16.078+ 0:02.15924
1920Kevin MaqnussenRenault1:16.085+ 0:02.16617
2012Felipe NasrSauber1:16.326+ 0:02.40724
2194Paskal VerlyaynManor1:16.622+ 0:02.70318
2288Rio HaryantoManor1:16.901+ 0:02.98215

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 295
Teqlər , , , ,
Paylaş

logo