Kanada-2016: Trasda dəyişikliklər və ötmə (DRS) zonaları

Növbəti Qran Pri ərəfəsində FİA keçən illə müqayisədə trasdakı dəyişikliklər barədə məlumatı dərc edib və DRS-dən istifadə zonalarını təsdiq edib. Xatırladaq ki, son reqlamentə uyğun olaraq, Monreal trasında da Formula1 sürücülərini iki DRS zonası gözləyir.

F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, keçən illə müqayisədə təşkilatçılar birinci döngənin sağındakı baryerləri təzələyərək yeni torlu müdafiə hasarları quraşdırıblar. Birinci döngənin əylənmə zonasında yeni asfalt qatı döşənib.

Bundan başqa, doqquzuncu döngənin çıxışında porebrikin arxasındakı asfalt örtüyü də dəyişdirilib. Doqquzuncu döngədən sancaq döngəsinə qədər sahədə sol divar təzələnib və yeni torlu müdafiə hasarları quraşdırıb.

FİA-nın saytına istinadən bildiririk ki, ötmə zonaları Monrealda dəyişməz qalır. Doqquzuncu döngədən 110 metr sonra yerləşən yeganə interval ölçmə nöqtəsində iki maşın arasındakı fərq 1 saniyədən az olarsa, onda arxada olan sürücü ardıcıl iki DRS zonasında arxa qanadın hərəkətli elementini aktivləşdirərək hücum edə biləcək. Birinci ötmə zonası 12-ci döngədən 55 metr, ikinci ötmə zonası isə 14-cü döngədən 70 metr sonra başlayır.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*