23 Oktyabr 2018, Çərşənbə axşamı - 21:05

Kanada-2016: Sıralanma turu

Kanada-2016: Sıralanma turu

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

22:35 - 11 İyun, 2016

Monrealda sıralanma turu prinsipial əhəmiyyət daşımır – son iyirmi ildə Kanada yarışında cəmi 8 dəfə pouldan start alan sürücü qalib gəlib. Amma buradakı sıralanma turu mövsümdə ilk dəfə asfalta yatma qüvvəsinin az kəmiyyətinə sazlanmış maşınların qüvvələr nisbətini dəyərləndirməyə imkan verir.

Digər faktorlar da var idi. Renault hələ iki həftə əvvəl Monakoda daxili yanma mühərriyinin yeni versiyasını təqdim etmişdi, Kanadada isə bu yenilik Renault Sport F1 və Red Bull komandalarının bütün maşınında qurulmuşdu. Ferrari və Honda Monreala yenilənmiş turbin gətirmişdilər – Kanada trası güc qurğusunun effektivliyinə çox tələbkardır. Bir çox komandalarda maşının aerodinamik konfiqurasiyası ciddi yenilənmişdi.

F-1.az xatırladır ki, sərbəst yürüşlərdə sürücülər soyuq havadan gileyləniblər – Pirelli-nin hətta ən yumşaq təkərlərini işçi rejimə çatdırmaq çox çətin olub. Monakoda olduğu kimi, sürücülər dövrələr seriyasında çalışmalı olublar. Cümə günü hər iki sessiyada Lyuis Həmilton protokollara başçılıq etsə də, bu gün səhər Sebastyan Fettel hamıdan sürətli olub.

Bu gün səhər Kevin Maqnussen 7-ci döngənin çıxışında qəzaya uğrayıb, komanda Monakodakı qəzadan sonra buraya yeni şassi gətirmişdi. Mexaniklər zədələnmiş maşını sıralanma turunun startına kimi bərpa edib qurtara bilməyiblər, ona görə də Kevin boksdan çıxmayıb.

Gün ərzində yağış bir neçə dəfə damcılasa da, asfalt quru olub və sürücülər trasa sliklərdə yollanıblar.

İlk sessiyaya Force İndia komandasının sürücüləri SuperSoft təkərlərlə başlayıblar, digər sürücülərin seçimi isə UltraSoft olub. Sürücülər trasın bir neçə yerində yağış damcılarının düşdüyünü bildiriblər. Colion Palmer “çempionlar divarı”na sürtünüb, amma qəzadan qurtulub.

Haryanto 4-cü döngənin çıxışında baryerlərə toxunub, sağ arxa təkəri deşilən sürücü trasda dayanmalı olub. Protokollara Rosberq başçılıq edib – 1:13.714, mübarizəni isə Renault, Sauber və Manor komandaları tam heyətlə dayandırıblar.

İkinci sessiyaya hamı UltraSoft təkərlərlə başlayıb. Karlos Sayns “çempionlar divarı”na çırpılaraq mübarizəni dayandırıb. Sessiya qırmızı bayraqlarla dayandırılıb. Qırıntılar yığışdırılıb, 8 dəqiqədən sonra sessiyaya restart verilib.

Həmilton protokollara başçılıq edib – 1:13.076, Rosberq ona cəmi 0.018 saniyə uduzub. Peres, Batton, Kvyat, Qutyerres, Qrojan və Sayns üçün mübarizə başa çatıb.

Son sessiyada Rəykkönen və Massa ilk cəhdlərinə çıxmayıblar, Həmilton isə ilk cəhdində liderliyi əla alıb – 1:12.812. Rikkardo və Fettel “çempionlar divarı”na sürtünüblər, amma mübarizəni davam etdiriblər.

Son cəhdində liderlər nəticələrini yaxşılaşdıra bilməyiblər, Fettel 3-cü yerə yüksəlib, Rikkardo isə Ferstappeni üstələyib.

Lyuis Həmilton Monrealda sıralanma turunda qalib gələrək karyerasında 53-cü, mövsümdə 4-cü və Jil Vilnöv adına trasda 5-ci poulunu qazanıb. Niko Rosberq ikinci nəticə göstərib – Mercedes AMG sürücüləri yenə də ilk cərgəni tam heyətlə zəbt ediblər. İkinci cərgədən Fettel və Rikkardo start alacaqlar. Ferstappen və Rəykkönen birinci döngədə komanda yoldaşlarını qabaqlamağa çalışacaqlar.

Yarışın startı və gedişi maraqlı olmalıdır…

YerNSürücüKomanda1-ci sessiya2-ci sessiya3-cü sessiya
YerZamanDövrəYerZamanDövrəZamanDövrə
144Lyuis HəmiltonMercedes AMG41:14.121711:13.07661:12.8128
26Niko RosberqMercedes AMG11:13.714621:13.09461:12.8747
35Sebastyan FettelFerrari21:13.925871:13.85781:12.9908
43Daniel RikkardoRed Bull31:14.030631:13.54061:13.1668
533Maks FerstappenRed Bull71:14.601851:13.79381:13.4148
67Kimi RəykkönenFerrari61:14.477761:13.849101:13.5796
777Valtteri BottasWilliams51:14.389841:13.79151:13.6707
819Felipe MassaWilliams121:14.815981:13.86491:13.7693
927Niko HülkenberqForce İndia81:14.663491:14.166111:13.9528
1014Fernando AlonsoMcLaren141:15.0268101:14.26081:14.3388
1111Serxio PeresForce İndia111:14.8148111:14.31710
1222Censon BattonMcLaren101:14.7558121:14.4378
1326Daniil KvyatToro Rosso131:14.8298131:14.4578
1421Esteban QutyerresHaas151:15.14812141:14.57113
158Roman QrojanHaas161:15.44412151:14.80312
1655Karlos SaynsToro Rosso91:14.7148161:21.9563
1730Colion PalmerRenault171:15.45911
1894Paskal VerlyaynManor181:15.5999
199Markus ErikssonSauber191:15.63511
2012Felipe NasrSauber201:16.6639
2188Rio HaryantoManor211:17.0529
2220Kevin MaqnussenRenault220

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 321
Teqlər , , , ,
Paylaş

logo