16 Dekabr 2017, Şənbə - 01:28

Kanada-2016: Pirelli-dən Soft, SuperSoft və UltraSoft

Kanada-2016: Pirelli-dən Soft, SuperSoft və UltraSoft

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:07 - 06 İyun, 2016

Pirelli şirkəti ardıcıl ikinci yarışa ən yumşaq tərkib üçlüyünü – UltraSoft, SuperSoft və Soft tərkiblərini gətirəcək, amma tərkiblərin iş prinsipi Monreal trasının xüsusiyyətlərinə görə fərqli olacaq.

Pol Hembri, Motorsport: “Kanadada da hava yarışın gedişinə müdaxilə edə bilər, ona görə də yarışın gedişi çətinləşə bilər – əvvəlki illərdə belə hallarla rastlaşmışıq. Bizim gətirdiyimiz təkər tərkibləri trasda müxtəlif startegiyalar tətbiq etməyə imkan verəcək.

UltraSoft tərkibi Monakoda yaxşı təəssürat oyatdı, amma Kanada trasının tam fərqli xarakteristikası var və təkərlərə qarşı daha tələbkardır. Bu faktor komandaların strategiyasında əks olunacaq, bunu onların təkər seçimlərindən də görmək olar”.

F-1.az xatırladır ki, Renault və Haas komandaları, ümumiyyətlə, SuperSoft tərkibindən sifariş verməyiblər…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 273
Teqlər , , , ,
Paylaş

logo