Kanada-2016: Mətbuat konfranslarının cədvəlləri

Kanada Qran Prisi günlərində FİA-nn rəsmi mətbuat konfranslarının Formula1-dən iştirakçılarının adları açıqlanıb.

Cümə axşamı Censon Batton (McLaren), Markus Eriksson (Sauber), Felipe Massa (Williams), Serxio Peres (Force İndia), Kimi Rəykkönen (Ferrari) və Daniel Rikkardo (Red Bull) jurnalistlərin suallarına cavab verməli olacaqlar.

Cümə günü isə sürücüləri komandaların məsul işçiləri – Mauritsio Arrivabene (Ferrari), Robert Förnli (Force İndia), Kristian Horner (Red Bull), Deyv Rayan (Manor), Günter Ştayner (Haas) və Frants Tost (Toro Rosso) əvəz edəcəklər.

F-1.az xatırladır ki, şənbə və bazar günləri mətbuat konfransına sıralanma turu və yarışın ilk üçlüyü dəvət olunur…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*