Kanada-2016: İkinci sərbəst yürüşlər

Nahardan sonra hava qızdığı üçün asfaltın vəziyyəti nisbətən yaxşılaşıb. Komandalar ilk sessiyanın məlumatlarını təhlil edərək sazlanmalara düzəlişlər ediblər və səhər başladıqları proqram üzrə işlərinə davam ediblər.

F-1.az xəbər verir ki, Williams komandasının mexanikləri Felipe Massanın maşınını bərpa edə biliblər, ona görə də Felipe ilk dəqiqələrdən trasa qayıdıb. McLaren komandasının mexanikləri isə Battonun maşını üzərində işlərini davam etdiriblər – səhər maşına quraşdırılmış güc qurğusunun bəzi elementlərini dəyişmək lazım gəlib, ona görə də Censon sessiyanın ilk yarım saatını itirib. Rəykkönen də bir müddət boksda dayanmalı olub – komanda DRS problemini həll etməyə çalışıb.

Sürücülər yenə də səhvə yol verməyə davam ediblər, amma ciddi incident yaşanmayıb.

Sürücülər UltraSoft tərkiblərlə sıralanma turuna hazırlaşıblar. Lyuis Həmilton 1:14.212 nəticə ilə keçənilki öz poul nəticəsini yaxşılaşdırmaqla protokollara başçılıq edib.

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1:14.212 43
2 5 Sebastyan Fettel Ferrari 1:14.469 + 0:00.257 45
3 6 Niko Rosberq Mercedes AMG 1:14.738 + 0:00.526 46
4 33 Maks Ferstappen Red Bull 1:15.156 + 0:00.944 29
5 3 Daniel Rikkardo Red Bull 1:15.168 + 0:00.956 43
6 77 Valtteri Bottas Williams 1:15.213 + 0:01.001 46
7 22 Censon Batton McLaren 1:15.213 + 0:01.001 35
8 7 Kimi Rəykkönen Ferrari 1:15.234 + 0:01.022 43
9 27 Niko Hülkenberq Force İndia 1:15.321 + 0:01.109 50
10 33 Karlos Sayns Toro Rosso 1:15.410 + 0:01.198 42
11 14 Fernando Alonso McLaren 1:15.450 + 0:01.238 40
12 11 Serxio Peres Force İndia 1:15.493 + 0:01.281 47
13 19 Felipe Massa Williams 1:15.513 + 0:01.301 44
14 26 Daniil Kvyat Toro Rosso 1:15.559 + 0:01.347 42
15 8 Roman Qrojan Haas 1:16.093 + 0:01.881 35
16 20 Kevin Maqnussen Renault 1:16.255 + 0:02.043 39
17 12 Felipe Nasr Sauber 1:16.582 + 0:02.370 40
18 21 Esteban Qutyerres Haas 1:16.591 + 0:02.379 32
19 9 Markus Eriksson Sauber 1:16.902 + 0:02.690 51
20 30 Colion Palmer Renault 1:17.001 + 0:02.789 48
21 94 Paskal Verlyayn Manor 1:17.023 + 0:02.811 32
22 88 Rio Haryanto Manor 1:17.423 + 0:03.211 49
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*