10 Dekabr 2018, Bazar ertəsi - 10:28

Kanada-2016: Birinci sərbəst yürüşlər

Kanada-2016: Birinci sərbəst yürüşlər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

19:49 - 10 İyun, 2016

Dünən Monrealda hava buldulu və soyuq idi, sürücülər gödəkcələrinə bürünüb gileylənirdilər ki, hətta mövsümöncəsi testlərdə hava daha isti idi. Bu gün səhər hava yaxşılaşıb, günəş çıxıb, amma təkərlərin qızıdırılması sürücülərə başağrısı olub. Komandalar təkərlərin effektliyi və gətirdikləri yeniliklər üzərində işləməyə başlayıblar – təqvimdə Kanada yarışı maşınların asfalta yatma qüvvəsinin ən aşağı səviyyəsinə sazlanan ilk yarışdır.

F-1.az xəbər verir ki, heç bir komandada dəyişiklik olmayıb – komandalar əsas sürücülərlə işləyiblər. Tribunalar demək olar ki, tamaşaçılarla tam dolu olub.

Sessiyanın 25-ci dəqiqəsində Felipe Massa birinci döngədə qəzaya uğrayıb – DRS problemi üzündən braziliyalı sürücü idarəetməni itirib, döngənin girişində fırlanıb və maşının arxası ilə baryerlərə çırpılıb. Sessiya qırmızı bayraqlarla dayandırılıb, pauza 10 dəqiqə davam edib.

Son şikanda səhvə yol verməyən sürücü olmayıb, düzlükdə sürət yığdıqdan sonra əylənmə zonasında hamı şikana girmədən yolda davam etməyə üstünlük verib – ciddi insident yaşanmayıb. Eriksson və Maqnussen texniki problem üzündən vaxt itiriblər. Batton ilk dövrələr seriyasından sonra maşını mexaniklərə verib və yalnız sessiyanın sonunda trasa qayıdıb. Amma yeni bir problem baş qaldırıb və mühəndislər Censonu boksa çağırıblar.

Protokollara isə Lyuis Həmilton başçılıq edib – 1:14.755.

YerNSürücüKomandaZamanFərqDövrə
144Lyuis HəmiltonMercedes AMG1:14.75522
26Niko RosberqMercedes AMG1:15.086+ 0:00.33130
35Sebastyan FettelFerrari1:15.243+ 0:00.48822
433Maks FerstappenRed Bull1:15.553+ 0:00.79829
57Kimi RəykkönenFerrari1:15.618+ 0:00.86323
677Valtteri BottasWilliams1:16.301+ 0:01.54630
727Niko HülkenberqForce İndia1:16.464+ 0:01.70924
855Karlos SaynsToro Rosso1:16.543+ 0:01.78821
911Serxio PeresForce İndia1:16.577+ 0:01.82225
1014Fernando AlonsoMcLaren1:16.663+ 0:01.90818
113Daniel RikkardoRed Bull1:16.734+ 0:01.97928
1222Censon BattonMcLaren1:16.788+ 0:02.0338
138Roman QrojanHaas1:17.008+ 0:02.25322
1419Felipe MassaWilliams1:17.065+ 0:02.3107
1526Daniil KvyatToro Rosso1:17.310+ 0:02.55524
1621Esteban QutyerresHaas1:17.319+ 0:02.56424
1712Felipe NasrSauber1:17.855+ 0:03.10021
1888Rio HaryantoManor1:18.103+ 0:03.34821
199Markus ErikssonSauber1:18.129+ 0:03.3748
2020Kevin MaqnussenRenault1:18.409+ 0:03.65413
2194Paskal VerlyaynManor1:18.453+ 0:03.69830
2230Colion PalmerRenault1:18.583+ 0:03.82828

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 321
Teqlər , , , ,
Paylaş

logo