18 Dekabr 2017, Bazar ertəsi - 13:06

K.Xorda qadınlar üçün Formula1-in təşkil olunmasını təklif edib

K.Xorda qadınlar üçün Formula1-in təşkil olunmasını təklif edib

Müəllif: Elçin Zodorov, redaktor

21:13 - 13 Oktyabr, 2017

Renault-nun ispaniyalı xanım developer sürücüsü Karmen Xordanın fikrincə, bu addım qadınların özlərini kişilərlə bərabərhüquqlu olduqlarını görmələrinə imkan verəcək.

F-1.az xəbər verir ki, Karmen şəxsi Twitter bloqunda bu barədə yazıb: “Mən inanıram ki, qadınlar arasında Formula1 çempionatının keçirilməsi bizə digər idman növlərində olduğu kimi, eyni şərtlər altında mübarizə aparmağa imkan verəcək”.

Qeyd edək ki, Formula1 tarixində beş qadın yarışlarda qələbə uğrunda mübarizə aparıb. Onlardan biri – Lella Lombardi hətta xal da qazana bilib. O, 1975-ci ildə yarımçıq saxlanılan İspaniya Qran Prisində altıncı yeri tutaraq aktivinə 0.5 xal yazdırıb.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 4. 172
Teqlər , , ,
Paylaş

logo