K.Uilyams pullu sürücü iddialarına cavab verib

Williams komandasının rəhbər köməkçisi Kler Uilyams bildirib ki, komandalarında iki güclü sürücü var.

F-1.az xatırladır ki, Ləns Stroll keçən il milyarder atası Lourens Strollun dəstəyi ilə Formula1-ə gəlmişdi. Bu il isə arxasında böyük sponsor dəstəyi olan Sirotkin komandaya cəlb olunub.

Kler Uilyams: “Sürücü seçimlərimizlə bağlı bəzi sözlər eşidirəm. Deyirlər ki, pullu sürücülərdir, amma bu sözlərlə razı deyiləm. Keçən il Stroll gözəl nəticələr alaraq, bu yerə layiq olduğunu göstərdi. Bu il də Sirotkinin eyni performansı göstərəcəyinə əminəm. Təbii ki, bolidi təkmilləşdirmək üçün pul lazımdır. Sistem həmişə belə işləyib. Sponsorlu sürücü komanda üçün əladır, lakin seçim zamanı ilk meyar deyil. İki istedadlı sürücümüz var və buna görə də xoşbəxtik. Əminəm ki, yeni mövsümdə hər şey yaxşı olacaq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*