K.Saynsa rəsmi xəbərdarlıq edilib

Toro Rosso-nun ispan sürücüsü Karlos Sayns ikinci sərbəst yürüşlərdə Kevin Maqnusseni ləngitdiyi üçün cəzalandırılıb.

F-1.az xatırladır ki, hər iki sürücü və komandaların nümayəndələri stüardların yanına dəvət olunmuşdular. Sayns 13-cü döngədən əvvəl sürətini xeyli azaldaraq, arxadan gələn Maqnussenə mane olmuşdu. Karlos danimarkalı sürücünü görmədiyini iddia etsə də, məlub olub ki, komanda radiodan ona “Maqnussen 13-cü döngədədir” deyib (komanda əslində səhv edib, Kevin bu vaxt 12-ci döngədə olub, lakin stüardlar hesab ediblər ki, ispan sürücü məlumatı düzgün dərk etməli idi). Onlar Saynsa güzgülərə baxmağı məsləhət görüblər.

Karlos etiraf edib ki, Maqnussenin sürətli dövrədə olduğunu başa düşməyib, onun da yavaşladığını düşünüb. Nəticədə iki sürücü arasında 200 km/saatlıq sürət fərqi olub ki, bu da kifayət qədər təhlükəlidir. Bu, Saynsın cari ildə aldığı ilk xəbərdarlıqdır. Bu say hər hansı bir sürücüdə 3-ə çatarsa, həmin sürücü növbəti yarışın startında 10 yer itirməli olur.

2017-ci ildə verilmiş rəsmi xəbərdarlıqlar aşağıdakı kimidir.

Sürücü Xəbərdarlıq
Serxio Peres 2
Daniel Rikkardo 1
Sebastyan Fettel 1
Karlos Sayns 1

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*