17 Dekabr 2017, Bazar - 04:24

K.Sayns: “Yarışda hər şeyi düzgün etdik”

K.Sayns: “Yarışda hər şeyi düzgün etdik”

Müəllif: Rauf Hacıyev, redaktor

10:11 - 02 May, 2017

Rusiya Qran Prisinə 14-cü yerdən başlasa da, yekunda 10-cu yeri tutaraq bir xal qazanan Karlos Sayns yarışda hər şeyi düz etdiyini deyib.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Bəhreyndəki insidentdən sonra yarışın startında 3 yer itirmiş və 14-cü yerdən start almışdı. Amma yarışa yaxşı başlayan 22 yaşlı sürücü pit-stopa qədər Maqnusseni izləsə də, komandasının doğru strategiyası hesabına 10-cu yeri tutaraq aktivinə daha bir xal yazmışdı.

Karlos Sayns: “Mənim üçün çətin yarış oldu. Xüsusən də yarışın startında 3 yer itirmək cəzası aldıqdan sonra daha yaxşı performans göstərməli idim. Yarışda komanda olaraq startı və pit-stopu yaxşı keçirtdik. Buna görə də sevincliyəm. Əla yarış keçirərək, 14-cü yerdən 10-cu yerə yüksəlmək asan olmadı. Orta qrupdakı komandaların bir-birilərinə çox yaxın olduqlarını düşünəndə doğru yolda olduğumuzu görürük. Pit-stopdan sonra demək olar ki, tək qaldım. Stroll ilə aradakı fərqə də yaxşı nəzarət etdim və rahatlıqla xalı qazandım.

İndi növbədə Barselona yarışı var. Öz publikam önündə yarışacam və orada həmişə gözəl nəticələr almışam. Məni dəstəkləməyə gələn hər kəsə gözəl şou təqdim edərək, yaxşı nəticə qazanmaq istəyirəm”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 161
Teqlər , , ,
Paylaş

logo