19 Noyabr 2017, Bazar - 14:19

K.Sayns yanacaq problemi yaşayıb

K.Sayns yanacaq problemi yaşayıb

Müəllif: Rauf Hacıyev, redaktor

08:08 - 23 Oktyabr, 2017

Renault komandasının sürücüsü Karlos Sayns bildirib ki, Renault ilə ilk yarışda göstərdiyi performansdan razıdır.

F-1.az xatırladır ki, ispaniyalı sürücü ABŞ yarışında Renault ilə debüt edib və yarışı 7-ci yerdə bitirərək, 6 xal qazanıb.

Karlos Sayns: “İlk həftəsonum mükəmmələ yaxın keçdi. Bunu davam etdirməliyik. Əvvəldən mənə yad kimi davranmayan və rəqabətədavamlı bolid verən komandaya təşəkkür edirəm. Növbəti yarışlarda daha yaxşı nəticə göstərə bilərik. Yarışlar keçdikcə daha çox təcrübə qazanacam. Bu həftəsonu daha yaxşı nəticə göstərmək çətin idi. Yarışda gözlədiyimiz yerdə idik. Əvvəlcə Çekoya sonra isə Estebana hücumlar etdik. Son 3-4 dövrədə yanacağım azaldığı üçün Okona hücum edə bilmədim. Bu, məyusedici olsa da, həzz aldım”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 498
Teqlər , , ,
Paylaş

logo