K.Sayns: “Yağışda hamını məğlub edəcək gücdəyəm”

Çində sıralanma turunda 11-ci yeri tutaraq komanda yoldaşı Kvyatdan geri qalan Karlos Sayns bildirib ki, sabahkı yarışdan çoxlu xal qazanmaq üçün yaxşı şansları var.

F-1.az xatırladır ki, ispaniyalı sürücü son cəhdində nəticəsini yaxşılaşdırsa da, 11-ci yerdən yuxarı qalxa bilməyib.

Karlos Sayns: “Saniyənin 1/10-də bir neçə sürücü var. Bu da orta qrupdakı mübarizənin nə qədər sıx olduğunu göstərir. Buna görə də xırda səhv sizi üçüncü sessiyadan uzaqlaşdırır. Bu gün də çox heyif ki, son sessiyaya qala bilmədim. Amma bu gün komanda üçün yaxşı keçdi və tempimiz əla idi. Sabahkı yarış üçün gözəl yerdəyəm. Əgər sabah yağış yağsa, güclü şassimizin hesabına bundan maksimum istifadə edə bilərəm. Ümid edirəm ki, komanda olaraq gözəl nəticə alarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*