K.Sayns: “Xoşbəxt deyiləm”

Toro Rosso komandasının sürücüsü Karlos Sayns bildirib ki, Malayziyadakı birinci sərbəst yürüşlərdə iştirak edə bilmədiyi üçün məyusdur.

F-1.az xatırladır ki, ispaniyalı sürücünü birinci sərbəst yürüşlərdə Şon Gelael əvəz etmişdi.

Karlos Sayns: “Təbii ki, buradakı ən xoşbəxt adam mən deyiləm. Ardıcıl ikinci dəfə birinci sərbəst yürüşlərdə iştirak edə bilmirəm. Bu, mənim üçün xoş hal deyil. Sinqapurda bunlara baxmayaraq, yaxşı nəticə qazanmışdım. Amma Malayziyada daha çox işləmək lazımdır və vaxt itirmək yaxşı olmadı. Ümid edirəm ki, Sinqapurdakı kimi özümü sıralanma turuna yaxşı formada hazırlaya bilərəm. Hazırda orta qrupdakı ən sürətli komanda deyilik və bunu başa düşürük. Hələ bəzi sahələrdə inkişaf etməliyik və bu ən qısa müddətdə olmalıdır. Ümid edirəm ki, Pyerlə Malayziyada yaxşı nəticə alarıq. Təbii ki, Renault və McLaren-dən ehtiyatlı olmalıyıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*