16 Dekabr 2017, Şənbə - 20:56

K.Sayns xal qazanmağa ümid edir

K.Sayns xal qazanmağa ümid edir

Müəllif: Rauf Hacıyev, redaktor

10:16 - 21 Noyabr, 2017

Renault komandasının sürücüsü Karlos Sayns bildirib ki, Əbu Dabidə yaxşı nəticə ala bilərlər.

F-1.az xatırladır ki, ispaniyalı sürücü son iki yarışda yaxşı performans göstərsə də, xalsız qalmışdı.

Karlos Sayns: “İlk məqsədim sıralanma turu və yarışda güclü olub onluğa düşməkdir. Buraya gəldiyim ilk gündən əla iş gördüm və buna görə də mövsümü yaxşı bitirmək istəyirəm. Gecə yarışlarını sevirəm. Bu il Sinqapurda əla nəticə almışdım və Əbu Dabidə də eynisini istəyirəm. Bolidimiz güclüdür və orta qrup bir-birinə yaxın olduğu üçün çətin yarış gözləyirəm. Əgər işlər qaydasında getsə, lazımi nəticəni alıb mövsümü 6-cı yerdə başa vura bilərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 6. 295
Teqlər , , ,
Paylaş

logo