16 Dekabr 2018, Bazar - 16:51

K.Sayns: “Virtual təhlükəsizlik maşını olmasa, xalsız qalardım”

K.Sayns: “Virtual təhlükəsizlik maşını olmasa, xalsız qalardım”

Müəllif: Rauf Hacıyev, redaktor

16:08 - 26 İyun, 2018

Renault komandasının sürücüsü Karlos Sayns bildirib ki, virtual təhlükəsizlik maşını olmasaydı, xalsız qalardı.

F-1.az xatırladır ki, ispaniyalı sürücü yarışın bitməsinə 5 dövrə qalmış mühərrikdə problem yaşayıb və 6-cı yerdən 8-ci yerə geriləyib.

Karlos Sayns: “Səkkizinci yeri qəbul etmək asan deyil. Yaxşı ki, virtual təhlükəsizlik maşını “çıxdı” və beləliklə, xal qazandım. Demək olar ki, bütün yarışı 6-cı yerdə gedərkən son dövrələrdə bu hadisənin baş verməsi məyusedicidir. Komandaya və özümə görə məyusam. Lakin əlimizdən heç nə gəlmirdi. Qüsursuz həftəsonu keçirməyə yaxın idik. Lakin alınmadı. Mükəmməl startla 3-cü yerə yüksəlsəm də, öndəki üç komanda ilə mübarizə mümkünsüz idi. Ev trasımızda 6-cı yer əl nəticə olardı, amma hər şeyə baxmayaraq, yaxşı nəticədir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 102
Teqlər , , ,
Paylaş

logo