K.Sayns: “Virtual təhlükəsizlik maşını düzgün deyil”

Toro Rosso-nun sürücüsü virtual təhlükəsizlik maşınının bəzi sürücülərə əngəl yaratdığını, bəzilərinə isə üstünlük verdiyini, bunun isə ədalətli olmadığını düşünür.

F-1.az xatırladır ki, keçən həftəsonu baş tutmuş Malayziya Qran Prisində 3 virtual təhlükəsizlik maşını rejimi olmuşdu. Sayns yarışın liderinə üstünlük verən bu qaydanı tənqid edib.

Karlos Sayns: “Fikrimcə, virtual təhlükəsizlik maşını lazımsız bir şeydir. Şəxsən mənim xoşuma gəlmir. Əgər siz orta yerlər uğrunda mübarizə aparan sürücüsünüzsə, təhlükəsizlik maşınının trasa çıxmasını istəyərsiniz, çünki belə olduqda hamı bir-birinə daha da yaxınlaşır və yeni ötmə şansları yarana bilir. Belə də olmalıdır. Lakin bəzi sürücülər virtual təhlükəsizlik maşını periodundan təkərləri isitmək, pit-stop etməzdən əvvəl rəqiblərlə fərqi artırmaq üçün istifadə edirlər. Orta qrupda mübarizə aparan sürücülərin isə bu şansı olmur.

Yarışın vəziyyətini dəyişmək üçün bundan istifdadə edə bilərlər, lakin mənim xoşuma gəlmir. Bu qaydanın Formula1-ə heç bir faydasının olmadığını düşünürəm. Təbii ki, bu, mənim şəxsi fikrimdir. Yarışın lideri olsam və həmin anda baş verərsə, bəlkə də xoşuma gələr. Lakin mən orta yerlər uğrunda yarışan pilotam. Buna görə də, xoşuma gəlmir. Bir çox seriyalarda yarışmışam və bilirəm. Əgər 10 saniyə fərqlə lidersinizsə, təhlükəsizlik maşını trasa çıxdıqdan sonra o fərq bağlanır və yenidən mübarizə aparmağa məcbur olursunuz”.

 

 

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*