K.Sayns üsyan edir

Toro Rosso komandasının sürücüsü Karlos Sayns bildirib ki, orta qrupda çox sıx mübarizə var.

F-1.az xatırladır ki, ispaniyalı sürücü mövsümə yaxşı başlayaraq, ilk 4 yarışın üçündə xal qazana bilib.

Karlos Sayns: “Son 3 mövsümdə əldə etdiyim təcrübələr bu il mənə çox kömək edir. Orta qrupda hamı bir-birinə çox yaxındır və xırda səhv sizi geriyə sala bilər. Buna görə də qüsursuz yarışlar keçirmək lazımdır. Bunun üçün də yarışlarda diqqətli olmalısınız. Öndəki 3 komanda çox uzaqdadır. Buna görə əsəbi olsam da, əlimdən heç nə gəlmir. Onsuz da büdcələri daha çoxdur və onlarla mübarizə aparmaq mümkünsüzdür. Ümid edirəm ki, Liberty Media bu problemi həll edər”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*