20 Oktyabr 2017, Cümə - 20:02

K.Sayns: “Uaytinq mətbuat konfransında iştirak etməməli idi”

K.Sayns: “Uaytinq mətbuat konfransında iştirak etməməli idi”

Müəllif: Rauf Hacıyev, redaktor

20:41 - 11 Noyabr, 2016

Toro Rosso komandasının sürücüsü Karlos Sayns hesab edir ki, Çarli Uaytinqin mətbuat konfransında iştirak etmə səbəbi qaydaların qarışığlığına görədir.

F-1.az xatırladır ki, Meksika yarışının sonunda yaşanan insidentlərə görə əvvəlcə Ferstappen 5 saniyə, daha sonra isə Fettel 10 saniyə cəza almışdı. Bu hadisələr müzakirə mövzusuna çevrilmişdi.

Karlos Sayns: “Sözün açığı, Çarlinin mətbuat konfransında iştirak etməməsini istəyərdim. Elə bilirsiniz ki, əmim və babam Ferstappenə niyə cəza verildiyini, amma Həmiltona verilmədiyini başa düşür? F1 bu gün çox qarışıb və Çarlinin mətbuat konfransında iştirak etməsi bunu isbat etdi. Biz istəyirik ki, qaydalar bütün sürücülərə bərabər səviyyədə tətbiq olunsun. Heyif ki, bu mövzuda uyğunsuzluq var”.

Alonso da Çarli Uaytinqin mətbuat konfransında iştirakına münasibət bildirib: “Çarli konfransda Lyuis və Maks hadisələrinə görə iştirak etmədi. Meksikada daha ciddi hadisə baş vermişdi və o, buna görə konfransa gəldi”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 131
Teqlər , , , , ,
Paylaş

logo