K.Sayns: “Tras çox dəyişib”

Barselonadakı cümə sərbəst yürüşlərində 10-cu yeri tutan Karlos Sayns bildirib ki, çətin bir günü geridə qoyublar.

F-1.az bildirir ki, ispaniyalı sürücü trasdakı şəraitin qış testlərinə nisbətən pis olduğunu deyib: “Barselonada çətin bir günü geridə qoyduq. Trasın hazırkı şəraiti bizi təəccübləndirdi. Asfaltla ilişmə çox aşağı idi və buna görə də doğru sazlanmaları tapmaqda çətinlik çəkdik. Qış testlərində daha sürətli idik. Küləyin də çox olması hər şeyi çətinləşdirdi və problemsiz sürüş edə bilmədik. Düzgün sazlanmaları tapa bilsək, rəqabətədavamlı ola bilərik. Amma onluğa düşdüyümüz üçün sevincliyik. Görək kim daha yaxşı yeniliklər gətirib. Ümid edirəm ki, sıralanma turunda yaxşı yer tutarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*