17 Dekabr 2017, Bazar - 04:20

K.Sayns təəccüblüdür

K.Sayns təəccüblüdür

Müəllif: Rauf Hacıyev, redaktor

18:09 - 06 Oktyabr, 2017

Yaponiya Qran Prisinin birinci sərbəst yürüşlərində bolidin idarəetməsini itirərək, baryerlərə çırpılan Karlos Sayns bildirib ki, qəzanın necə baş verdiyini anlamayıb.

F-1.az xatırladır ki, ispaniyalı sürücü bu qəzaya görə sessiyanın qalan dəqiqələrində trasa çıxa bilməyərək, çoxlu vaxt itirib.

Karlos Sayns: “Təbii ki, belə bir hadisənin yaşanması çox pis oldu. Porebrikə möhkəm hücum etdim və baryerlərə çırpıldım. Böyük qəza idi və boliddəki bəzi detalları dəyişdirməli olduq. Buna görə də startda 20 yer itirəcəyik. Yenə də mühəndislərim bolidi ikinci sessiyaya hazır edərək, əla iş gördülər. Amma onda da yağışa görə trasa çıxa bilmədik. Heyif ki, bu gün çox vaxt itirdik. Ümid edirəm ki, sabah bunu kompensə edərik”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 163
Teqlər , , ,
Paylaş

logo