K.Sayns: “Sərbəst yürüşlərdəki performansımız hər şey demək deyil”

Toro Rosso komandasının sürücüsü Karlos Sayns bildirib ki, sərbəst yürüşlərdəki güclü performansı hər şey demək deyil və sıralanma turunda rəqiblərinin sürətlənəciyini düşünür.

F-1.az xatırladır ki, ispaniyalı sürücü birinci sərbəst yürüşlərdə 10-cu, ikinci sərbəst yürüşlərdə isə 6-cı yeri tutmuşdu. Saynsın arxasında Ferrari, Williams və Force İndia sürücüləri yer almışdılar.

Ancaq Sayns bildirib ki, heç bir şey təmin olunmayıb və rəqibləri sıralanma turunda sürətli olacaqlar: “Ferrari və McLaren sürücülərinin önündə olmaq məni təəccübləndirdi. Bu 4-cü gün sərbəst yürüşləridir və bunun heyif ki, heç bir faydası yoxdur. Eynilə, İspaniya QP-də cümə günü aldığım 5-ci yer kimidir.

Bəzən sürücülər 0.4 saniyə fərq yarada bilirlər və bundan başqa sazlanmalar həmişə təkmilləşdirilə bilər. Kim bilir?

Ümid edirik ki, şənbə günü bir az da işləyib, performansımızı inkişaf etdirə bilərik”.

Daniil Kvyat isə Monakodakı performansına görə pozitiv düşünür: “Trasa çıxan kimi özümü yaxşı hiss edirəm. Bu hissi şənbə gününə daşımalıyıq. Amma yenə də təkmilləşə biləcəyimiz sahələr var. Şənbə günü trasa ən güclü halımızla çıxmalıyıq”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*