16 Dekabr 2017, Şənbə - 14:55

K.Sayns: “Sauberin işi çətin olacaq”

K.Sayns: “Sauberin işi çətin olacaq”

Müəllif: Rauf Hacıyev, redaktor

18:59 - 12 Oktyabr, 2016

Bu mövsüm keçənilki Ferrari mühərriyi ilə yarışan Karlos Sayns bildirib ki, gələn il Ferrari-nin builki mühərriyi ilə yarışacaq Sauber-i çətin bir mövsüm gözləyir…

F-1.az xatırladır ki, Sauber komandası Yaponiyada verdiyi açıqlamada bildirmişdi ki, gələn il Ferrari-nin builki mühərriyindən istifadə edəcək.

Bu il eyni addımı atan və keçən ilin Ferrari mühərriyi ilə yarışan Toro Rosso komandası mövsümün ikinci yarısında problemlərlə üzləşib.

Karlos Sayns Sauber-in mühərrik qərarı barədə danışıb: “Onlara uğurlar arzu edirəm! Hazırda bir addım geridədirlər. Gələn il köhnə mühərrikdən istifadə edəcəklər və iki addım geri düşəcəklər. Qətiliklə deyə bilərəm ki, asan deyil, amma onların geridə qalması bizim xeyrimizədir”.

Toro Rosso komandası Suzukadan da xalsız ayrılmışdı. Sayns yarışı 17-ci yerdə bitirmişdi və ispaniyalı bildirib ki, ötmə etmək çox çətin olub: “Bu əsəblərimi pozurdu. Əlimdən gələn hər şeyi etdim. DRS zonasında ötmə etmək qeyri-mümkün idi. Hətta, Estebanı 6-cı döngədə keçdim. Çünki bir dənə orada hücum edə bilirdim. Əgər siz sabit strategiya seçmisinizsə və önünüzdəki rəqibinizi keçə bilmirsinizsə, bu əsəblərinizi pozur. Amma əlimizdən heç nə gəlmir”.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 108
Teqlər , ,
Paylaş

logo