K.Sayns: “Rusların mənə borcu var”

Toro Rosso komandasının sürücüsü Karlos Sayns Rusiyadakı iki uğursuz yarışdan sonra bildirib ki, rusların ona borcu var.

F-1.az xatırladır ki, ispaniyalı sürücü 2015-ci ildə 320 km/saat sürətlə bolidinin idarəetməsini itirmiş və baryerlərə çırpılmışdı. Saynsı daha sonra xəstəxanaya aparmışdılar. 2016-cı ildə isə Palmer ilə insident yaşadığı üçün cəza alaraq, xalsız qalmışdı.

Karlos Sayns: “Buraya gələndə insanlar məndən birinci 2015-ci ildəki qəzanı soruşurlar. Sözün açığı, necə olduğunu bilmirəm, amma karyeram ərzində ən pis həftəsonum idi. Xəstəxanadan bir şəkil paylaşmışdım və hamı mənə ən yaxşı arzularını yollamışdı. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Keçən il də burada yaxşı yarış keçirə bilməmişdim. Buna görə də Soçinin mənə borcu var. Bu il burada xal qazanmaq istəyirəm. Üçüncü döngə çox əyləncəlidir. Boynumuza çox yük düşəcək, amma buna dəyər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*